https://sputnik.az/20220615/mehriban-eliyeva-milli-qurtulus-gunu-ile-elaqedar-paylasim-edib-442944559.html
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib
Sputnik Azərbaycan
1997-ci ildə deputatlar 15 iyun tarixinin təqvimə Azərbaycan Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu... 15.06.2022, Sputnik Azərbaycan
2022-06-15T13:15+0400
2022-06-15T13:15+0400
2022-06-15T13:23+0400
mehriban əliyeva
azərbaycan xəbərləri
milli qurtuluş günü
paylaşım
https://cdnn1.img.sputnik.az/img/42241/84/422418453_0:20:1001:583_1920x0_80_0_0_028345dac208b754be150fabb77c18f2.jpg
BAKI, 15 iyun - Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib.Paylaşımda deyilir:“Uca Tanrı hər zaman xalqımızı qorusun, doğma və sevimli Azərbaycanımıza sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən o vaxtkı iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.
https://sputnik.az/20230615/azerbaycanda-milli-qurtulus-gunu-qeyd-olunur-442937862.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42241/84/422418453_39:0:926:665_1920x0_80_0_0_5bef052377d49de8418f4b79eb125f58.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mehriban əliyeva, milli qurtuluş günü, paylaşım
mehriban əliyeva, milli qurtuluş günü, paylaşım
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib
13:15 15.06.2022 (Yenilənib: 13:23 15.06.2022) 1997-ci ildə deputatlar 15 iyun tarixinin təqvimə Azərbaycan Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib.
BAKI, 15 iyun - Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib.
“Uca Tanrı hər zaman xalqımızı qorusun, doğma və sevimli Azərbaycanımıza sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”
Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.
Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.
Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən o vaxtkı iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.