https://sputnik.az/20220615/kelbecerin-stisu-sanatoriyasinin-kecmis-sohreti-geri-qayidir-442929523.html
Kəlbəcərin "İstisu" sanatoriyasının keçmiş şöhrəti geri qayıdır
Kəlbəcərin "İstisu" sanatoriyasının keçmiş şöhrəti geri qayıdır
Sputnik Azərbaycan
Ruslan Quliyev bildirib ki, "İstisu" sanatoriyasının yenidən qurulması Azərbaycanda sağlamlıq turizm bazarını hərəkətə gətirəcək. 15.06.2022, Sputnik Azərbaycan
2022-06-15T11:29+0400
2022-06-15T11:29+0400
2022-06-15T11:29+0400
istisu
azərbaycan xəbərləri
kəlbəcər
turizm
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426233641_0:56:1080:664_1920x0_80_0_0_9d45f4820098c0a37fbea01e308dbc0a.jpg
BAKI, 15 iyun — Sputnik. İşğaldan azad olunmuş Kəlbəcər rayonundakı "İstisu" sanatoriyasında dövlət investisiyası cəlb olunaraq yenidənqurma işləri aparılacaq. Yayılan məlumata görə, Azərbaycan hökumətində bununla bağlı iclas keçirilib. Kəlbəcər rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) mineral su istehsalı zavodunun və müasir "İstisu" sanatoriyasının tikintisi üçün investorlara kömək etməyə hazırdır. "Dövlət qurumları tərəfindən "Yuxarı İstisu", "Aşağı İstisu", "Keşdək", "Qarasu", "Mozçay", "Qotursu" yataqlarından istifadə olunmaqla mineral su istehsalının təşkili layihəsi hazırlanıb. Layihə təxminən 3 milyon manat (cari məzənnə ilə $1,8 milyona qədər) dəyərində qiymətləndirilir. Həmçinin bütün bu mineral su bulaqlarından istifadə olunmaqla müasir "İstisu" sanatoriyasının tikintisi layihəsi də hazırlanıb. Layihələrin dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi planlaşdırılır. İnvestorlara dövlət tərəfindən güzəştli kreditlər, gömrük və vergi güzəştləri və investisiya təşviqi sənədi veriləcək", - deyə hökumətdəki mənbə bildirib.Qeyd edək ki, Kəlbəcər "İstisu"yu ilə hələ sovet dövründə də dünyada şöhrət qazanıb. SSRİ-nin müxtəlif bölgələrindən mövsüm ərzində 50 min nəfərdən çox insan öz sağlamlıqlarını bərpa etmək üçün "İstisu" sanatoriyasına üz tuturmuş. Mənfur qonşularımızın Kəlbəcəri işğalından sonra "İstisu" sanatoriyasının suyu daşınaraq satılıb. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya imza atdı. Noyabrın 25-də Kəlbəcər öz azadlığına qovuşdu. Artıq Kəlbəcərdə quruculuq işlərinə başlanılıb. Bu prosesin içində Kəlbəcərin məşhur "İstisu" sanatoriyasının yenidən qurulması da öz əksini tapıb.Bəs görəsən Kəlbəcərin "İstisu" sanatoriyasının əvvəlki şöhrətini geri qaytarmaq üçün hansı işlər görülməlidir?" Şərqi-Zəngəzurun inkişaf planında "İstisu" sanatoriyasının yenidən qurulması öz əksini tapıb"Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, turizm mütəxəssisi Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Şərqi-Zəngəzurun inkişaf planında "İstisu" sanatoriyasının yenidən qurulması öz əksini tapıb. Assosassiya prezidenti bildirib ki, "İstisu" sanatoriyasının yenidən qurulması Azərbaycanda sağlamlıq turizm bazarını hərəkətə gətirəcək. Onun sözlərinə görə, bərpa işləri başa çatdıqdan sonra düzgün şəkildə, uğurlu strategiya əsasında "İstisu" sanatoriyasına turistlərin cəlb edilməsi prosesinə başlanılacaq. R. Quliyev deyir ki, Azərbaycanda olan mineral su ehtiyatının 33%-i Kəlbəcər və Laçın rayonlarının payına düşür: "Bu rayonlardakı mineral su ehtiyatının 42%-i Laçının, 58%-i Kəlbəcərin ərazisindədir. Yalnız Kəlbəcər rayonunun Tərtər çayı hövzəsində 400-dən artıq mineral su yatağı var. Hələ sovet dövründə sağlamlıq turizmi imkanlarının mövcud olduğu Kəlbəcərin İstisu termal mərkəzi, Şuşanın, Ağdamın bolneoloji sanatoriyaları bütün SSRİ-də məşhur idi.Qarabağ turistlər oylağına çevriləcəkTurizm ekspeti deyir ki, Şuşadakı kurort müəssisələri, pansionat və sanatoriyalar, Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, əfsanəvi Cıdır düzü buraya səyahətə gələnlərin sevimli yeri olub. Bunlarla yanaşı, Xankəndi, Ağdam, Kəlbəcər ərazilərindəki rekreasiya məkanları, ümumilikdə bölgənin turizm potensialı onu beynəlxalq əhəmiyyətli bir səviyyədə tanıdıb. Respublikamıza gələn yüz minlərlə turistin mühüm bir hissəsi məhz Qarabağın payına düşüb. 1970-ci illərdən başlayaraq burada yaradılmış turizm istirahət müəssisələrinin xidmətlərindən hər il yüz minlərlə yerli və xarici turist istifadə edib: "1990-cı illərdə Qarabağın ermənilər tərəfindən işğalından sonra bu zonada turizmin inkişafı da dayandı. Düşmən insanların evlərini, dövlət obyektlərini, dini və tarixi abidələrimizi dağıtdığı kimi, mövcud sanatoriya-kurort müəssisələrini də məhv edib. Amma təbiətin bəxş etdiklərini özündən başqa kimsə yox edə bilməz. Şuşada, Kəlbəcərdə, Laçında, Zəngilanda, Ağdamda çoxsaylı termal qaynaqlar var ki, bunların hərəsi bir dərdin dərmanıdır".Klasterləşmə aparılmalıdırR. Quliyev qeyd edib ki, Qarabağda sağlamlıq turizmi sahəsində klasterləşmə (sistemli birləşmə) siyasətinin aparılması vacibdir. Ekspertin fikrincə, klasterləşmə bu gün ümumilikdə Azərbaycan üçün labüddür. Çünki bu halda kiçik və orta sahibkarlıq subyektləri arasında həm rəqabət, həm də əməkdaşlıq üçün yeni imkanlar yaranacaq. Sağlamlıq turizmi sahəsində klasterləşmənin aparılması müəyyən coğrafi sərhədlər daxilində bir-birini təkrarlayan deyil, bir-birini dəstəkləyən, tamamlayan təsisatların fəaliyyətini bir dəyər zənciri ilə bağlayacaq: "Sağlamlıq turizmi məhsulunun əldə olunması üçün bütün mərhələlər bir məkanda reallaşır. Klasterləşmə eyni zamanda həm alt sektorlar, həm də coğrafi ərazilər üzrə təşkil oluna bilər. Klasterləşmənin üstünlükləri sayəsində rəqabət qabiliyyətinin artırılması, əməkdaşlıq diapozonunun genişləndirilməsi təmin ediləcək, bu sahədə sürətli inkişaf baş verəcək. Eyni zamanda fərqli və eyni sahələrin bir-birinə dəstəyi nümayiş olunacaq. Turizm klasteri üç əsas təməl ünsürdən formalaşır ki, bunlara sahibkarlıq subyektləri, bütün istehsal, xidmət, tədarük sahəsində olan müəssisələr daxil olur".Termal turizmdə gəlirlilik səviyyəsi yüksəkdirR. Quliyev sağlamlıq turizminin gəlirliliyindən də danışıb. O, bildirib ki, sağlamlıq turizmində müalicə kursu ən azı 15 gün olduğuna görə, bu növ turizmin ilin bütün aylarında effektiv gəlir gətirmə imkanı var.Kəlbəcərdə mineral su istehsalının dəyərləndirilməsi aparılıbQeyd edək ki, artıq Kəlbəcərdə mineral su istehsalı üçün bəzi xərclər də məlum olub. Mənbə qeyd edib ki, 1 litr mineral su istehsalı üçün elektrik enerjisi sərfi 1,12 kVt/saat, qaz sərfi isə 0,01 kubmetr təşkil edəcək. Hazır məhsulun istehsalı üçün karbon qazlı mineral-termal su, şüşə və plastik qab, qablaşdırma məhsulları və s. istifadə olunacaq. Hökumətin qiymətləndirmələrinə görə, "Yuxarı İstisu" yatağından gündəlik mineral su hasilatı 867 kubmetr, "Aşağı İstisu" yatağından - 748 kubmetr, "Keşdək" zonasından - 108 kubmetr həcmində qiymətləndirilir".Layihənin əsas üstünlükləri aşağıdakılardır: yüksək kommersiya potensialı, bu yataqlardakı suyun qaz və kimyəvi tərkibinə, eləcə də yüksək temperaturuna görə digər ölkələrin yataqlarındakı sulardan xüsusi fərqi. "Həmçinin mineral su yataqlarının yerləşdiyi ərazilər də geniş turizm imkanlarına malikdir", - deyə mənbə əlavə edib."İstisu"yun suyu can dərmanıdırHökumətin məlumatına görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33%-i Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42%-i Laçının, 58%-i isə Kəlbəcərin payına düşür. Təkcə Kəlbəcər rayonunun Tərtər çayı hövzəsində 400-ə yaxın mineral su yatağı var. "İstisu" bulağı öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə dünyada məşhur olan Karlovı-Varı bulaqlarından (Çexiya) fərqlənmir. "İstisu"da suyun hərarəti 58,8 0C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki,litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və s. xəstəliklərin müalicəsində işlədilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426233641_60:0:1020:720_1920x0_80_0_0_4c9e7761d8a784df98db05015dce1bd6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
istisu, kəlbəcər, turizm
Kəlbəcərin "İstisu" sanatoriyasının keçmiş şöhrəti geri qayıdır
Ruslan Quliyev bildirib ki, "İstisu" sanatoriyasının yenidən qurulması Azərbaycanda sağlamlıq turizm bazarını hərəkətə gətirəcək.
BAKI, 15 iyun — Sputnik. İşğaldan azad olunmuş Kəlbəcər rayonundakı "İstisu" sanatoriyasında dövlət investisiyası cəlb olunaraq yenidənqurma işləri aparılacaq. Yayılan məlumata görə, Azərbaycan hökumətində bununla bağlı iclas keçirilib. Kəlbəcər rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) mineral su istehsalı zavodunun və müasir "İstisu" sanatoriyasının tikintisi üçün investorlara kömək etməyə hazırdır. "Dövlət qurumları tərəfindən "Yuxarı İstisu", "Aşağı İstisu", "Keşdək", "Qarasu", "Mozçay", "Qotursu" yataqlarından istifadə olunmaqla mineral su istehsalının təşkili layihəsi hazırlanıb. Layihə təxminən 3 milyon manat (cari məzənnə ilə $1,8 milyona qədər) dəyərində qiymətləndirilir. Həmçinin bütün bu mineral su bulaqlarından istifadə olunmaqla müasir "İstisu" sanatoriyasının tikintisi layihəsi də hazırlanıb. Layihələrin dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi planlaşdırılır. İnvestorlara dövlət tərəfindən güzəştli kreditlər, gömrük və vergi güzəştləri və investisiya təşviqi sənədi veriləcək", - deyə hökumətdəki mənbə bildirib.
Qeyd edək ki, Kəlbəcər "İstisu"yu ilə hələ sovet dövründə də dünyada şöhrət qazanıb. SSRİ-nin müxtəlif bölgələrindən mövsüm ərzində 50 min nəfərdən çox insan öz sağlamlıqlarını bərpa etmək üçün "İstisu" sanatoriyasına üz tuturmuş. Mənfur qonşularımızın Kəlbəcəri işğalından sonra "İstisu" sanatoriyasının suyu daşınaraq satılıb. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya imza atdı. Noyabrın 25-də Kəlbəcər öz azadlığına qovuşdu. Artıq Kəlbəcərdə quruculuq işlərinə başlanılıb. Bu prosesin içində Kəlbəcərin məşhur "İstisu" sanatoriyasının yenidən qurulması da öz əksini tapıb.
Bəs görəsən Kəlbəcərin "İstisu" sanatoriyasının əvvəlki şöhrətini geri qaytarmaq üçün hansı işlər görülməlidir?
" Şərqi-Zəngəzurun inkişaf planında "İstisu" sanatoriyasının yenidən qurulması öz əksini tapıb"
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, turizm mütəxəssisi Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Şərqi-Zəngəzurun inkişaf planında "İstisu" sanatoriyasının yenidən qurulması öz əksini tapıb. Assosassiya prezidenti bildirib ki, "İstisu" sanatoriyasının yenidən qurulması Azərbaycanda sağlamlıq turizm bazarını hərəkətə gətirəcək. Onun sözlərinə görə, bərpa işləri başa çatdıqdan sonra düzgün şəkildə, uğurlu strategiya əsasında "İstisu" sanatoriyasına turistlərin cəlb edilməsi prosesinə başlanılacaq. R. Quliyev deyir ki, Azərbaycanda olan mineral su ehtiyatının 33%-i Kəlbəcər və Laçın rayonlarının payına düşür: "Bu rayonlardakı mineral su ehtiyatının 42%-i Laçının, 58%-i Kəlbəcərin ərazisindədir. Yalnız Kəlbəcər rayonunun Tərtər çayı hövzəsində 400-dən artıq mineral su yatağı var. Hələ sovet dövründə sağlamlıq turizmi imkanlarının mövcud olduğu Kəlbəcərin İstisu termal mərkəzi, Şuşanın, Ağdamın bolneoloji sanatoriyaları bütün SSRİ-də məşhur idi.
Qarabağ turistlər oylağına çevriləcək
Turizm ekspeti deyir ki, Şuşadakı kurort müəssisələri, pansionat və sanatoriyalar, Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, əfsanəvi Cıdır düzü buraya səyahətə gələnlərin sevimli yeri olub. Bunlarla yanaşı, Xankəndi, Ağdam, Kəlbəcər ərazilərindəki rekreasiya məkanları, ümumilikdə bölgənin turizm potensialı onu beynəlxalq əhəmiyyətli bir səviyyədə tanıdıb. Respublikamıza gələn yüz minlərlə turistin mühüm bir hissəsi məhz Qarabağın payına düşüb. 1970-ci illərdən başlayaraq burada yaradılmış turizm istirahət müəssisələrinin xidmətlərindən hər il yüz minlərlə yerli və xarici turist istifadə edib: "1990-cı illərdə Qarabağın ermənilər tərəfindən işğalından sonra bu zonada turizmin inkişafı da dayandı. Düşmən insanların evlərini, dövlət obyektlərini, dini və tarixi abidələrimizi dağıtdığı kimi, mövcud sanatoriya-kurort müəssisələrini də məhv edib. Amma təbiətin bəxş etdiklərini özündən başqa kimsə yox edə bilməz. Şuşada, Kəlbəcərdə, Laçında, Zəngilanda, Ağdamda çoxsaylı termal qaynaqlar var ki, bunların hərəsi bir dərdin dərmanıdır".
Klasterləşmə aparılmalıdır
R. Quliyev qeyd edib ki, Qarabağda sağlamlıq turizmi sahəsində klasterləşmə (sistemli birləşmə) siyasətinin aparılması vacibdir. Ekspertin fikrincə, klasterləşmə bu gün ümumilikdə Azərbaycan üçün labüddür. Çünki bu halda kiçik və orta sahibkarlıq subyektləri arasında həm rəqabət, həm də əməkdaşlıq üçün yeni imkanlar yaranacaq. Sağlamlıq turizmi sahəsində klasterləşmənin aparılması müəyyən coğrafi sərhədlər daxilində bir-birini təkrarlayan deyil, bir-birini dəstəkləyən, tamamlayan təsisatların fəaliyyətini bir dəyər zənciri ilə bağlayacaq: "Sağlamlıq turizmi məhsulunun əldə olunması üçün bütün mərhələlər bir məkanda reallaşır. Klasterləşmə eyni zamanda həm alt sektorlar, həm də coğrafi ərazilər üzrə təşkil oluna bilər. Klasterləşmənin üstünlükləri sayəsində rəqabət qabiliyyətinin artırılması, əməkdaşlıq diapozonunun genişləndirilməsi təmin ediləcək, bu sahədə sürətli inkişaf baş verəcək. Eyni zamanda fərqli və eyni sahələrin bir-birinə dəstəyi nümayiş olunacaq. Turizm klasteri üç əsas təməl ünsürdən formalaşır ki, bunlara sahibkarlıq subyektləri, bütün istehsal, xidmət, tədarük sahəsində olan müəssisələr daxil olur".
Termal turizmdə gəlirlilik səviyyəsi yüksəkdir
R. Quliyev sağlamlıq turizminin gəlirliliyindən də danışıb. O, bildirib ki, sağlamlıq turizmində müalicə kursu ən azı 15 gün olduğuna görə, bu növ turizmin ilin bütün aylarında effektiv gəlir gətirmə imkanı var.
Kəlbəcərdə mineral su istehsalının dəyərləndirilməsi aparılıb
Qeyd edək ki, artıq Kəlbəcərdə mineral su istehsalı üçün bəzi xərclər də məlum olub. Mənbə qeyd edib ki, 1 litr mineral su istehsalı üçün elektrik enerjisi sərfi 1,12 kVt/saat, qaz sərfi isə 0,01 kubmetr təşkil edəcək. Hazır məhsulun istehsalı üçün karbon qazlı mineral-termal su, şüşə və plastik qab, qablaşdırma məhsulları və s. istifadə olunacaq. Hökumətin qiymətləndirmələrinə görə, "Yuxarı İstisu" yatağından gündəlik mineral su hasilatı 867 kubmetr, "Aşağı İstisu" yatağından - 748 kubmetr, "Keşdək" zonasından - 108 kubmetr həcmində qiymətləndirilir".
Layihənin əsas üstünlükləri aşağıdakılardır: yüksək kommersiya potensialı, bu yataqlardakı suyun qaz və kimyəvi tərkibinə, eləcə də yüksək temperaturuna görə digər ölkələrin yataqlarındakı sulardan xüsusi fərqi. "Həmçinin mineral su yataqlarının yerləşdiyi ərazilər də geniş turizm imkanlarına malikdir", - deyə mənbə əlavə edib.
"İstisu"yun suyu can dərmanıdır
Hökumətin məlumatına görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33%-i Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42%-i Laçının, 58%-i isə Kəlbəcərin payına düşür. Təkcə Kəlbəcər rayonunun Tərtər çayı hövzəsində 400-ə yaxın mineral su yatağı var. "İstisu" bulağı öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə dünyada məşhur olan Karlovı-Varı bulaqlarından (Çexiya) fərqlənmir. "İstisu"da suyun hərarəti 58,8 0C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki,litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və s. xəstəliklərin müalicəsində işlədilir.