DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstanda meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb

© AP Photo / CDCMeymunçiçəyi, arxiv şəkli
Meymunçiçəyi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.06.2022
Abunə olmaq
Xəstə Avropadan qayıtdıqdan sonra onda həmin xəstəliyin əlamətləri aşkar olunub.
BAKI, 15 iyun - Sputnik. Gürcüstanda meymunçiçəyinə ilk yoluxma faktı laboratoriyada təsdiqlənib. Bu barədə Sputnik Gürcüstan lkənin Birinci Kanalına istinadən xəbər yayıb.
"Xəstədə virusun yüngül forması var idi və müvafiq müalicədən sonra o, tezliklə tibb müəssisəsindən evə buraxılıb", - deyə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Xəstəlik bir nəfər Avropadan qayıtdıqdan sonra müəyyən edilib. Mütəxəssislər xəstənin təmasda olduğu hər kəsə nəzarət edirlər, lakin heç bir halda klinik əlamətlər aşkar edilməyib.
ÜST-nin məlumatına görə, indiyədək 39 ölkədə 1600-dən çox təsdiqlənmiş meymun çiçəyi və 1500-ə yaxın şübhəli hal qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar komitəsi dünya miqyasında meymunçiçəyi epidemiyası riskini qiymətləndirmək üçün gələn həftə toplanacaq. Bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, meymunçiçəyi epidemiyası qeyri-adi haldır və buna görə də narahatlıq doğurur.
Meymunçiçəyi nadir bir virus infeksiyasıdır və insanlar arasında da ötürülür. Bu, adətən yüngül keçən xəstəlikdir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Meymunçiçəyi xəstəliyi əlamətləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2022
SƏHİYYƏ
Azərbaycanda meymunçiçəyi xəstəliyi müşahidə edilməyib
Xəbər lenti
0