https://sputnik.az/20220615/gencede-pianocular-festivali-nece-kecib-442958469.html
Gəncədə “Pianoçular festivalı” necə keçib
Gəncədə “Pianoçular festivalı” necə keçib
Sputnik Azərbaycan
Gəncə şəhər Uşaq İncəsənət Məktəbi və Uşaq Musiqi məktəblərinin ifasında musiqi nömrələri tamaşaçıların zövqünü oxşayıb. 15.06.2022, Sputnik Azərbaycan
2022-06-15T20:46+0400
2022-06-15T20:46+0400
2022-06-15T20:56+0400
mədəniyyət
festival
piano
gəncə
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0f/442958705_0:52:1000:615_1920x0_80_0_0_ca8f656e2f24df1b8340618811fb3abd.jpg
BAKI, 15 iyun - Sputnik. İyunun 15-də Gəncə şəhər Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunan “Pianoçular festivalı” təşkil edilib.Gəncə Regional Mədəniyyət İdarəsindən Azərtac-a verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb. Sonra tədbirdə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi yad olunub.Gəncə Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, xalqımızın taleyində böyük əhəmiyyəti olan 15 İyun – Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verilib, Milli Qurtuluş Günü ilə bağlı videoçarx nümayiş olunub.Festivalda Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin, Gəncə şəhər 1, 2, 3, 4 və 5 nömrəli Uşaq Musiqi məktəblərinin, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin, Əməkdar artisti Kəmalə Tağızadənin və Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın, gənc pianoçu Mürsəl Əsgərzadənin ifasında musiqi nömrələri səsləndirilib.Sonda festivalda iştirak edən müəllim və şagirdlər fəxri fərmanlarla təltif olunublar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0f/442958705_56:0:944:666_1920x0_80_0_0_74f89347f54c93c8fd33f3b2cefbe125.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
festival, piano, gəncə
Gəncədə “Pianoçular festivalı” necə keçib
20:46 15.06.2022 (Yenilənib: 20:56 15.06.2022) Gəncə şəhər Uşaq İncəsənət Məktəbi və Uşaq Musiqi məktəblərinin ifasında musiqi nömrələri tamaşaçıların zövqünü oxşayıb.
BAKI, 15 iyun - Sputnik. İyunun 15-də Gəncə şəhər Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunan “Pianoçular festivalı” təşkil edilib.
Gəncə Regional Mədəniyyət İdarəsindən Azərtac-a verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb. Sonra tədbirdə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi yad olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, xalqımızın taleyində böyük əhəmiyyəti olan 15 İyun – Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verilib, Milli Qurtuluş Günü ilə bağlı videoçarx nümayiş olunub.
Festivalda Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin, Gəncə şəhər 1, 2, 3, 4 və 5 nömrəli Uşaq Musiqi məktəblərinin, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin, Əməkdar artisti Kəmalə Tağızadənin və Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın, gənc pianoçu Mürsəl Əsgərzadənin ifasında musiqi nömrələri səsləndirilib.
Sonda festivalda iştirak edən müəllim və şagirdlər fəxri fərmanlarla təltif olunublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.