Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan yüz milyonlarla insanın enerji təhlükəsizliyində rol oynayır - sabiq Prezident

© Photo : AZƏRTACRosen Plevneliev
Rosen Plevneliev - Sputnik Azərbaycan, 1920, 15.06.2022
Abunə olmaq
Bolqarıstan nümayəndəsi IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycanın enerji resurslarının diversifikasiyası istiqamətində ciddi işlər gördüyünü qeyd edib.
BAKI, 15 iyun - Sputnik. Azərbaycan bərpaolunan enerji sahəsində ciddi işlər görür və bu istiqamətdə ölkənin böyük potensialı var. Azərtac xəbər verir ki, bu sözləri iyunun 15-də IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev deyib.
Onun sözlərinə görə, Azərbaycan həmçinin enerji resursları məsələsində inteqrasiyaya önəm verir:

"Azərbaycan enerji təchizatı ilə bağlı sualların həlli məsələsində mühüm tərəfdaşdır".

Bolqarıstan nümayəndəsi Azərbaycanın enerji resurslarının diversifikasiyası istiqamətində ciddi işlər gördüyünü də deyib.
"Bu gün Azərbaycan Avropa İttifaqının, yüz milyonlarla insanın enerji təhlükəsizliyində rol oynayır. Buna görə biz Azərbaycana təşəkkür edirik", - deyə Rosen Plevneliev qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0