https://sputnik.az/20220614/yasi-60-dan-yuxari-olan-muellimler-sertifikasiyaya-celb-edilmelidirlermi-442899532.html
Yaşı 60-dan yuxarı olan müəllimlər sertifikasiyaya cəlb edilməlidirlərmi?
Yaşı 60-dan yuxarı olan müəllimlər sertifikasiyaya cəlb edilməlidirlərmi?
Sputnik Azərbaycan
Təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesi cari ilin iyun ayından etibarən başlanıb. 14.06.2022, Sputnik Azərbaycan
2022-06-14T12:41+0400
2022-06-14T12:41+0400
2022-06-14T12:41+0400
müəllim
təhsil naziri
sertifikasiya
https://cdnn1.img.sputnik.az/img/41223/97/412239762_0:154:1500:998_1920x0_80_0_0_60db99b46d8ca7a4547f8f9977912344.jpg
BAKI, 14 iyun — Sputnik. Təhsil naziri Emin Əmrullayev əməkdar müəllimlərin, eyni zamanda yaşı 60 və daha çox olanların sertifikasiyaya cəlb edilməsinin etiraza səbəb olmasına münasibət bildirib.O, jurnalistlərə açıqlamasında deyib ki, qaydalarda hər şey öz əksini açıq şəkildə tapıb:"İnanıram ki, müəllimlər, xüsusən əməkdar müəllimlər üçün bunun heç bir problemi yoxdur. Sertifikasiyadan kəsilən müəllim növbəti 1 il ərzində yenidən imtahan verə bilər. Sertifikasiya yenilik olsa da, bu, bütün dünyada var", - deyə o əlavə edib.Xatırladaq ki, iyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb.Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulub.Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə hazırlıqlara iyun ayında, test imtahanı mərhələsinə isə avqust ayının sonlarında başlanılması nəzərdə tutulub.Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla keçiriləcək və ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) bu prosesdə iştirak etməyəcəklər.Sözügedən prosesin təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb, Şuranın əsasnaməsi və tərkibi təsdiq olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41223/97/412239762_416:300:1347:998_1920x0_80_0_0_e5df539d99753a8cbd362502fa55e8d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müəllim, təhsil naziri, sertifikasiya
müəllim, təhsil naziri, sertifikasiya
Yaşı 60-dan yuxarı olan müəllimlər sertifikasiyaya cəlb edilməlidirlərmi?
Təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesi cari ilin iyun ayından etibarən başlanıb.
BAKI, 14 iyun — Sputnik. Təhsil naziri Emin Əmrullayev əməkdar müəllimlərin, eyni zamanda yaşı 60 və daha çox olanların sertifikasiyaya cəlb edilməsinin etiraza səbəb olmasına münasibət bildirib.
O, jurnalistlərə açıqlamasında deyib ki, qaydalarda hər şey öz əksini açıq şəkildə tapıb:
"Yaşlı nəsildən olan müəllimlər məktəbdə dərs deyir və yaxud demək istəyirlərsə, sertifikasiyadan keçməlidirlər. Bunlar dərs prinsipinin gündəminə uyğun olmalıdır".
"İnanıram ki, müəllimlər, xüsusən əməkdar müəllimlər üçün bunun heç bir problemi yoxdur. Sertifikasiyadan kəsilən müəllim növbəti 1 il ərzində yenidən imtahan verə bilər. Sertifikasiya yenilik olsa da, bu, bütün dünyada var", - deyə o əlavə edib.
Xatırladaq ki, iyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb.
Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulub.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə hazırlıqlara iyun ayında, test imtahanı mərhələsinə isə avqust ayının sonlarında başlanılması nəzərdə tutulub.
Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.
Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla keçiriləcək və ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) bu prosesdə iştirak etməyəcəklər.
Sözügedən prosesin təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb, Şuranın əsasnaməsi və tərkibi təsdiq olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.