https://sputnik.az/20220614/surulerin-yaylaqlara-kocmesi-prosesi-niye-gecikib-442879667.html
Sürülərin yaylaqlara köçməsi prosesi niyə gecikib?
Sürülərin yaylaqlara köçməsi prosesi niyə gecikib?
Sputnik Azərbaycan
Çobanlar deyir ki, sürüləri magistrallarla aparanda maşınlar, dağların dibi və meşələrlə aparanda da qurdlar qoyunlara qənim kəsilir. 14.06.2022, Sputnik Azərbaycan
2022-06-14T08:57+0400
2022-06-14T08:57+0400
2022-06-14T10:08+0400
"şah yaylaq"
cəmiyyət
çoban
köç
https://cdnn1.img.sputnik.az/img/42400/69/424006923_0:78:1500:922_1920x0_80_0_0_3096740613098e69fe1569a0c4e045a6.jpg
BAKI, 14 iyun – Spuntik. May ayında havaların qeyri-sabit keçməsi yaylaqlara köçü gecikdirib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, təxminən 20 gündür qışlaqdan yaylağa doğru köç başlayıb. Zaqatala dağlarına qalxan çobanlar 100 kilometrə qədər yol qət etməli olurlar.Bu bölgədə qoyunçuluq təsərrüfatının əsas qışlaq yeri Qax rayonunun Acınohur adlanan ərazisidir. Hər ilin oktyabr-noyabr aylarında təsərrüfatlar bura gətirilir və 6 ay müddətində qışlaqda bəslənilir. May ayında isə yenidən yaylağa üz tuturlar. Çoban Əli Danyarov deyir ki, bu il may ayının yağıntılı keçməsi köç prosesini bir qədər ləngidib. Bu cür isti havada yol getmək də xeyli çətindir."1000-1500 baş qoyunla köçürük. Min bir çətinliklə gedirik. Axşama dağlıq ərazinin ətəyinə çatıb orada gecələmək istəyirik. Sonra isə "Ruçixar" adlı zirvəyə gedəcəyik", - deyə Əli Danyarov bildirib.Çobanları hazırda ən çox sevindirən qışdan və qışlaqdan çıxmalarıdır. Çünki, yaylaqda təbiət qoynunda həm də dincəlmiş olurlar. Zaqatala dağlarındakı yaylağa çatmaq üçün isə bir neçə günlük yolları qalıb. Çoban Qəhrəman Nəzərov bildirir ki, bu vaxt ərzində sürü yaxşı otarılmalıdır."Otlaq məsələsində də çətinlik çəkirik. Hazırda örüş yerləri yoxdur. Heyvanı yolboyu otarmalıyıq. Ac qalanda dayanmır", - deyə Qəhrəman Nəzərov əlavə edib.Çobanların köç vaxtı üzləşdiyi əsas çətinliklərdən biri magistral yollardan keçməkdir. Çalışırlar ki, belə yollarda avtomobillərin hərəkətinə mane olmasınlar."Sürünü aparmalıyıq. Başqa yol da yoxdur. Elə yer var ki, magistralın kənarı taxıl və ya başqa birkilərin sahələridir. Güclə keçiririk oradan. Məcbur olub asfaltın üstü ilə gedirik. Bəzən sürücülər narazılıq bildirir, qışqırırlar" - Qəhrəman Nəzərov vurğulayıb.Çoban Əsəd Fərhadlı isə deyir ki, köç bəzən itkilərlə də nəticələnir."Ən çox itkimiz magistral yolda olur. Düzdür həmişə olmasa da, 2-3 ildə bir baş verir. Ya hansısa avtomobil sürətlə sürüyə girir, bəzən gecə yuxulu gəlib girənlər olur. 4 il əvvəl bu cür qəzada 20 baş qoyunumuz tələf olub. Bəzən də qoyunlar vəhşi heyvanların ovuna çevrilir. Əsasən də gecələyəndə, yaxud da meşəlik ərazinin yaxınlığından keçəndə belə olur. Bunun üçün güclü itlər saxlayırıq. Sürünün yanında 7-8 it saxlayırıq. Amma onların da duyuq düşmədiyi anlar olur", - Əsəd Fərhadlı deyib.Sürülərin yaylaqda bəslənməsi prosesi sentyabrın sonuna qədər davam edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42400/69/424006923_84:0:1417:1000_1920x0_80_0_0_de9498e27257dbee5e3e0739937807e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"şah yaylaq", çoban, köç
Sürülərin yaylaqlara köçməsi prosesi niyə gecikib?
08:57 14.06.2022 (Yenilənib: 10:08 14.06.2022) Çobanlar deyir ki, sürüləri magistrallarla aparanda maşınlar, dağların dibi və meşələrlə aparanda da qurdlar qoyunlara qənim kəsilir.
BAKI, 14 iyun – Spuntik. May ayında havaların qeyri-sabit keçməsi yaylaqlara köçü gecikdirib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, təxminən 20 gündür qışlaqdan yaylağa doğru köç başlayıb. Zaqatala dağlarına qalxan çobanlar 100 kilometrə qədər yol qət etməli olurlar.
Bu bölgədə qoyunçuluq təsərrüfatının əsas qışlaq yeri Qax rayonunun Acınohur adlanan ərazisidir. Hər ilin oktyabr-noyabr aylarında təsərrüfatlar bura gətirilir və 6 ay müddətində qışlaqda bəslənilir. May ayında isə yenidən yaylağa üz tuturlar. Çoban Əli Danyarov deyir ki, bu il may ayının yağıntılı keçməsi köç prosesini bir qədər ləngidib. Bu cür isti havada yol getmək də xeyli çətindir.
"1000-1500 baş qoyunla köçürük. Min bir çətinliklə gedirik. Axşama dağlıq ərazinin ətəyinə çatıb orada gecələmək istəyirik. Sonra isə "Ruçixar" adlı zirvəyə gedəcəyik", - deyə Əli Danyarov bildirib.
Çobanları hazırda ən çox sevindirən qışdan və qışlaqdan çıxmalarıdır. Çünki, yaylaqda təbiət qoynunda həm də dincəlmiş olurlar. Zaqatala dağlarındakı yaylağa çatmaq üçün isə bir neçə günlük yolları qalıb. Çoban Qəhrəman Nəzərov bildirir ki, bu vaxt ərzində sürü yaxşı otarılmalıdır.
"Otlaq məsələsində də çətinlik çəkirik. Hazırda örüş yerləri yoxdur. Heyvanı yolboyu otarmalıyıq. Ac qalanda dayanmır", - deyə Qəhrəman Nəzərov əlavə edib.
Çobanların köç vaxtı üzləşdiyi əsas çətinliklərdən biri magistral yollardan keçməkdir. Çalışırlar ki, belə yollarda avtomobillərin hərəkətinə mane olmasınlar.
"Sürünü aparmalıyıq. Başqa yol da yoxdur. Elə yer var ki, magistralın kənarı taxıl və ya başqa birkilərin sahələridir. Güclə keçiririk oradan. Məcbur olub asfaltın üstü ilə gedirik. Bəzən sürücülər narazılıq bildirir, qışqırırlar" - Qəhrəman Nəzərov vurğulayıb.
Çoban Əsəd Fərhadlı isə deyir ki, köç bəzən itkilərlə də nəticələnir.
"Ən çox itkimiz magistral yolda olur. Düzdür həmişə olmasa da, 2-3 ildə bir baş verir. Ya hansısa avtomobil sürətlə sürüyə girir, bəzən gecə yuxulu gəlib girənlər olur. 4 il əvvəl bu cür qəzada 20 baş qoyunumuz tələf olub. Bəzən də qoyunlar vəhşi heyvanların ovuna çevrilir. Əsasən də gecələyəndə, yaxud da meşəlik ərazinin yaxınlığından keçəndə belə olur. Bunun üçün güclü itlər saxlayırıq. Sürünün yanında 7-8 it saxlayırıq. Amma onların da duyuq düşmədiyi anlar olur", - Əsəd Fərhadlı deyib.
Sürülərin yaylaqda bəslənməsi prosesi sentyabrın sonuna qədər davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.