https://sputnik.az/20220614/formula-1e-gore-baglanmis-yollar-tamamile-ne-vaxt-acilacaq-442919779.html
“Formula 1”ə görə bağlanmış yollar tamamilə nə vaxt açılacaq?
“Formula 1”ə görə bağlanmış yollar tamamilə nə vaxt açılacaq?
Sputnik Azərbaycan
Bu gündən iyunun 20-dək yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək 14.06.2022, Sputnik Azərbaycan
2022-06-14T16:14+0400
2022-06-14T16:14+0400
2022-06-14T16:22+0400
formula 1
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0d/442860003_251:0:3892:2048_1920x0_80_0_0_8b94c309f28c38ec33810d5da4326ac2.jpg
BAKI, 14 iyun — Sputnik. Bakıda “Formula 1”ə görə bağlanmış yolların tamamilə nə vaxt açılacağı məsələsinə aydınlıq gətirilib.Bakı Şəhəri üzrə Dövlət Yol Polisi İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, "Formula 1" yarışının təşkilat komitəsi tərəfindən görülən işlərə uyğun olaraq yolların tam açılması təmin olunacaq: “Məhdudiyyət tətbiq olunan yollarda mərhələli formada bağlanan küçələrin açılması təmin olunur”.Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yaydığı məlumatda bildirilib ki, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılan müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq."Formula 1" Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.Qeyd edək ki, bu il "Formula 1" Azərbaycan Qran Prisinin qalibi "Red Bull"dan Maks Ferstappen olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Mercedes"dən Corc Rassell üçüncü olub.Qeyd edək ki, "Formula 1" yarışı 6-cı dəfədir ki, Azərbaycanda təşkil olunub.Xatırladaq ki, daha öncəki illərdə Bakıda keçirilən yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran Prisi koronavirus pandemiyasına görə ləğv edilib.
https://sputnik.az/20220613/sabahdan-butun-yollar-tam-olaraq-acilacaq-442860800.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0d/442860003_1161:0:3892:2048_1920x0_80_0_0_90cd6b73c1f9927586d5fae0b9278273.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
formula 1
“Formula 1”ə görə bağlanmış yollar tamamilə nə vaxt açılacaq?
16:14 14.06.2022 (Yenilənib: 16:22 14.06.2022) Bu gündən iyunun 20-dək yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək
BAKI, 14 iyun — Sputnik. Bakıda “Formula 1”ə görə bağlanmış yolların tamamilə nə vaxt açılacağı məsələsinə aydınlıq gətirilib.
Bakı Şəhəri üzrə Dövlət Yol Polisi İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, "Formula 1" yarışının təşkilat komitəsi tərəfindən görülən işlərə uyğun olaraq yolların tam açılması təmin olunacaq: “Məhdudiyyət tətbiq olunan yollarda mərhələli formada bağlanan küçələrin açılması təmin olunur”.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yaydığı məlumatda bildirilib ki, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılan müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.
"Formula 1" Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.
Qeyd edək ki, bu il "Formula 1" Azərbaycan Qran Prisinin qalibi "Red Bull"dan Maks Ferstappen olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Mercedes"dən Corc Rassell üçüncü olub.
Qeyd edək ki, "Formula 1" yarışı 6-cı dəfədir ki, Azərbaycanda təşkil olunub.
Xatırladaq ki, daha öncəki illərdə Bakıda keçirilən yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran Prisi koronavirus pandemiyasına görə ləğv edilib.