https://sputnik.az/20220613/sabahdan-butun-yollar-tam-olaraq-acilacaq-442860800.html
Sabahdan bütün yollar tam olaraq açılacaq
Sabahdan bütün yollar tam olaraq açılacaq
Sputnik Azərbaycan
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirib ki, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. 13.06.2022, Sputnik Azərbaycan
2022-06-13T12:24+0400
2022-06-13T12:24+0400
2022-06-13T12:24+0400
yol
paytaxt xəbərləri
bakı şəhər halqası
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0d/442860069_0:321:3071:2048_1920x0_80_0_0_4cfc9e02e66904eef65b6b7465e58eb2.jpg
BAKI, 13 iyun — Sputnik. İyunun 14-ü, səhər saat 10:00-dan etibarən Bakıda hərəkətin məhdudlaşdırıldığı bütün yollar tam olaraq açılacaq.Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.Belə ki, 10-12 iyun tarixlərində baş tutan 2022 "Formula-1" Azərbaycan Qran-prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq."Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk", - deyə açıqlamada qeyd olunub.Xatırladaq ki, bir müddət əvvəl DYP iyun ayının ilk 15 günü ərzində şəxsi avtomobillərdən maksimum dərəcədə az istifadə etməyi xahiş etmişdi.Sürücülərə 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə hərəkət etməklə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunmuşdu.
https://sputnik.az/20220612/formula-1-azerbaycan-qran-prisinden-goz-oxsayan-goruntuler-442841344.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0d/442860069_221:0:2952:2048_1920x0_80_0_0_a4fc33637120797ea5c9353a93842f52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yol, bakı şəhər halqası
Sabahdan bütün yollar tam olaraq açılacaq
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirib ki, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək.
BAKI, 13 iyun — Sputnik. İyunun 14-ü, səhər saat 10:00-dan etibarən Bakıda hərəkətin məhdudlaşdırıldığı bütün yollar tam olaraq açılacaq.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Belə ki, 10-12 iyun tarixlərində baş tutan 2022 "Formula-1" Azərbaycan Qran-prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.
Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.
"Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, bir müddət əvvəl DYP iyun ayının ilk 15 günü ərzində şəxsi avtomobillərdən maksimum dərəcədə az istifadə etməyi xahiş etmişdi.
Sürücülərə 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə hərəkət etməklə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunmuşdu.