https://sputnik.az/20220614/dn-son-zengle-bagli-valideyn-ve-mezunlara-muraciet-edib-442895202.html
DİN "Son zəng"lə bağlı valideyn və məzunlara müraciət edib
DİN "Son zəng"lə bağlı valideyn və məzunlara müraciət edib
Sputnik Azərbaycan
Təhsil nazirliyindən bildirilib ki, şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək. 14.06.2022, Sputnik Azərbaycan
2022-06-14T10:07+0400
2022-06-14T10:07+0400
2022-06-14T10:07+0400
təhsil
son zəng
din
təhsil naziri
məktəb
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0e/427208682_0:0:2865:1612_1920x0_80_0_0_9c4391f9109b590a7254d9e511f72f5b.jpg
BAKI, 14 iyun — Sputnik. Bu gün ümumi təhsil müəssisələrində "Son zəng" günüdür. Təhsil naziri Emin Əmrullayevin əmri ilə "Son zəng" tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunur."Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. "Son zəng" müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.Bu günlə əlaqədar olaraq Daxili İşlər Nazirliyi valideyn və məzunlara müraciət edib.Müraiciətdə deyilir:Qeyd edək ki, 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.2021-2022-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0e/427208682_162:0:2711:1912_1920x0_80_0_0_51124ea430c33ccd3093e08c7369b1d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
son zəng, din, təhsil naziri, məktəb
son zəng, din, təhsil naziri, məktəb
DİN "Son zəng"lə bağlı valideyn və məzunlara müraciət edib
Təhsil nazirliyindən bildirilib ki, şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.
BAKI, 14 iyun — Sputnik. Bu gün ümumi təhsil müəssisələrində "Son zəng" günüdür. Təhsil naziri Emin Əmrullayevin əmri ilə "Son zəng" tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunur.
"Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. "Son zəng" müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.
Bu günlə əlaqədar olaraq Daxili İşlər Nazirliyi valideyn və məzunlara müraciət edib.
"Hörmətli valideynlər! Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz. Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".
Qeyd edək ki, 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.
2021-2022-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.