https://sputnik.az/20220614/cirkli-pullarin-leqallasdirilmasinin-qarsisini-almaq-ucun-isler-gorulur-442914552.html
Çirkli pulların leqallaşdırılmasının qarşısını almaq üçün işlər görülür
Çirkli pulların leqallaşdırılmasının qarşısını almaq üçün işlər görülür
Sputnik Azərbaycan
Mərkəzi Bank bildirir ki, çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə sahəsində həyat sığorta şirkətləri ilə iş aparılır 14.06.2022, Sputnik Azərbaycan
2022-06-14T22:32+0400
2022-06-14T22:32+0400
2022-06-14T22:32+0400
manat
iqtisadiyyat
pul
mərkəzi bank
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268485_0:0:2000:1125_1920x0_80_0_0_757505a8b36cecfa4513c282b9296dea.jpg
BAKI, 14 iyun — Sputnik. Azərbaycan Mərkəzi Bankı çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyat sığorta şirkətləri ilə davamlı iş aparır.Bu barədə Mərkəzi Bankdan "Report"un sorğusuna verilən cavabda bildirilir: "Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda monitorinq iştirakçılarına, o cümlədən sığorta şirkətlərinə münasibətdə aidiyyəti tələblər nəzərdə tutulub.Həmçinin Maliyyə Monitorinqi Xidmətinin "Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair" Tələblər ilə də müvafiq sahədə həyata keçirilməli olan tədbirlər müəyyən edilib".Qeyd edək ki, iyunun 9-da həyat sığortası sahəsi üzrə ölkədə fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətlərinin rəhbərləri ilə Mərkəzi Bankda keçirilmiş görüşün əsas məqsədi, bu təşkilatlar tərəfindən çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən fəaliyyətləri müzakirə etmək, praktiki məsələlər və tətbiq edilən yanaşmalar ətrafında qarşılıqlı fikir mübadiləsini aparmaqdan ibarət olub.
https://sputnik.az/20200220/cinde-kagiz-pullar-dezinfeksiya-edilir-423201824.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268485_227:0:2000:1330_1920x0_80_0_0_d4b5ea04e4b54277346a01162acaf13c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, pul, mərkəzi bank
Çirkli pulların leqallaşdırılmasının qarşısını almaq üçün işlər görülür
Mərkəzi Bank bildirir ki, çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə sahəsində həyat sığorta şirkətləri ilə iş aparılır
BAKI, 14 iyun — Sputnik. Azərbaycan Mərkəzi Bankı çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyat sığorta şirkətləri ilə davamlı iş aparır.
Bu barədə Mərkəzi Bankdan "Report"un sorğusuna verilən cavabda bildirilir: "Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda monitorinq iştirakçılarına, o cümlədən sığorta şirkətlərinə münasibətdə aidiyyəti tələblər nəzərdə tutulub.
Həmçinin Maliyyə Monitorinqi Xidmətinin "Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair" Tələblər ilə də müvafiq sahədə həyata keçirilməli olan tədbirlər müəyyən edilib".
Qeyd edək ki, iyunun 9-da həyat sığortası sahəsi üzrə ölkədə fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətlərinin rəhbərləri ilə Mərkəzi Bankda keçirilmiş görüşün əsas məqsədi, bu təşkilatlar tərəfindən çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən fəaliyyətləri müzakirə etmək, praktiki məsələlər və tətbiq edilən yanaşmalar ətrafında qarşılıqlı fikir mübadiləsini aparmaqdan ibarət olub.