https://sputnik.az/20220614/azerbaycanin-taninmis-dizayneri-yeniden-milli-simvollara-muraciet-edecek-442929989.html
Azərbaycanın tanınmış dizayneri yenidən milli simvollara müraciət edəcək
Azərbaycanın tanınmış dizayneri yenidən milli simvollara müraciət edəcək
Sputnik Azərbaycan
Rüfət İsmayıl "Baku Fashion Expo 2022" çərçivəsində təqdim olunacaq yeni kolleksiyasını həmçinin Azərbaycanın 44 günlük müharibədə qələbəsinə həsr edib. 14.06.2022, Sputnik Azərbaycan
2022-06-14T21:26+0400
2022-06-14T21:26+0400
2022-06-14T21:46+0400
türkiyə
mədəniyyət
dizayner
https://cdnn1.img.sputnik.az/img/42052/00/420520019_0:0:2001:1125_1920x0_80_0_0_91aee48ce9e2ca45c843ec7af46a8962.jpg
BAKI, 14 iyun — Sputnik. Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl Bakıda "AFFFAIR by Xarıbülbül" adlı yeni kolleksiyasını təqdim edəcək.Dəfilə "Baku Fashion Expo 2022" çərçivəsində planlaşdırılır və ilkin məlumatlara görə, iyunun 26-da baş tutacaq. Tədbir "Xiaomi" şirkətinin dəstəyi ilə Azərbaycan Dəb Dizaynerləri Assosiasiyası tərəfindən təşkil olunub.Kolleksiyanın adı təsadüfi seçilməyib. Dizayner Azərbaycan adət-ənənələrinə və mədəniyyətinə diqqəti cəlb etməyi öz vəzifələrindən biri hesab edir, xarıbülbül çiçəyi isə ölkənin dünənini, bu gününü və gələcəyini özündə birləşdirən Qarabağın simvoludur.Bu, Rüfət İsmayılın Azərbaycan mədəni kodlarından ilhamlanaraq müxtəlif tarixi dövrlərin üsul və texnikasına istinad etdiyi ilk kolleksiya deyil.Belə ki, iyunun 3-də Azərbaycan paytaxtında dizayner "Sumakh Haute Couture" və "Sumakh Affordable Luxury"adlı iki kolleksiyanın nümayişi keçirilib.Təqdim olunan geyimlər Azərbaycan xalçalarının motivlərindən, zəngin rənglərindən və naxışlarından istifadə edilərək yaradılıb və Azərbaycanın Vətən Müharibəsində Qələbəsinə həsr olunub.Rüfət ilk və indiyədək yeganə azərbaycanlı dizaynerdir. Onun kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İranda moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilib.Türkiyə Geyim Dizaynerləri Assosiasiyası modelyeri "Türkiyənin ən yaxşı dizayneri 2018" mükafatı ilə təltif edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42052/00/420520019_0:0:1773:1330_1920x0_80_0_0_5eba5b4306e459b38715357c9342a338.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
türkiyə, dizayner
Azərbaycanın tanınmış dizayneri yenidən milli simvollara müraciət edəcək
21:26 14.06.2022 (Yenilənib: 21:46 14.06.2022) Rüfət İsmayıl "Baku Fashion Expo 2022" çərçivəsində təqdim olunacaq yeni kolleksiyasını həmçinin Azərbaycanın 44 günlük müharibədə qələbəsinə həsr edib.
BAKI, 14 iyun — Sputnik. Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl Bakıda "AFFFAIR by Xarıbülbül" adlı yeni kolleksiyasını təqdim edəcək.
Dəfilə "Baku Fashion Expo 2022" çərçivəsində planlaşdırılır və ilkin məlumatlara görə, iyunun 26-da baş tutacaq. Tədbir "Xiaomi" şirkətinin dəstəyi ilə Azərbaycan Dəb Dizaynerləri Assosiasiyası tərəfindən təşkil olunub.
Kolleksiyanın adı təsadüfi seçilməyib. Dizayner Azərbaycan adət-ənənələrinə və mədəniyyətinə diqqəti cəlb etməyi öz vəzifələrindən biri hesab edir, xarıbülbül çiçəyi isə ölkənin dünənini, bu gününü və gələcəyini özündə birləşdirən Qarabağın simvoludur.
Bu, Rüfət İsmayılın Azərbaycan mədəni kodlarından ilhamlanaraq müxtəlif tarixi dövrlərin üsul və texnikasına istinad etdiyi ilk kolleksiya deyil.
Belə ki, iyunun 3-də Azərbaycan paytaxtında dizayner "Sumakh Haute Couture" və "Sumakh Affordable Luxury"adlı iki kolleksiyanın nümayişi keçirilib.
Təqdim olunan geyimlər Azərbaycan xalçalarının motivlərindən, zəngin rənglərindən və naxışlarından istifadə edilərək yaradılıb və Azərbaycanın Vətən Müharibəsində Qələbəsinə həsr olunub.
Rüfət ilk və indiyədək yeganə azərbaycanlı dizaynerdir. Onun kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İranda moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilib.
Türkiyə Geyim Dizaynerləri Assosiasiyası modelyeri "Türkiyənin ən yaxşı dizayneri 2018" mükafatı ilə təltif edib.