NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycandan Bolqarıstana qaz idxalının başlanması üçün son tarix açıqlanıb

© AFP 2024 / JOE KLAMARqaz
qaz - Sputnik Azərbaycan, 1920, 14.06.2022
Abunə olmaq
IGB interkonnektoru bu ilin iyul ayında fəaliyyətə başlayacaq
BAKI, 14 iyun — Sputnik. Bu ilin iyul ayında IGB interkonnektoru fəaliyyətə başlayacaq və Bolqarıstan onun vasitəsi ilə Yunanıstandan ildə, təxminən, 1 milyard kubmetr həcmində Azərbaycan qazını almağa başlayacaq.
Bu barədə Bolqarıstanın Baş naziri Kirill Petkov məlumat verib.
Petkov bildirib ki, Azərbaycan qazının tədarük həcminin dəqiq həcmini müzakirə etmək üçün həftənin sonuna kimi Azərbaycana səfər edəcək.
"Hamı sentyabr, oktyabr, noyabr aylarını proqnozlaşdırmışdı – amma, xeyr, interkonnektor iyulda işə salınacaq", - deyə Bolqarıstanın baş naziri sözünə davam edib.
Onun sözlərinə görə, Bolqarıstan ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinə və şaxələndirilməsinə nail olmaq üçün müxtəlif mənbələrdən mayeləşdirilmiş təbii qaz, o cümlədən, Azərbaycan qazını idxal etməyə çalışır.
IGB Tikintisi
IGB interkonnektoru Yunanıstanın Komotini stansiyasından Bolqarıstanın Stara Zaqora şəhərinə qədər uzanır. Marşrut uzunluğu 182 km, diametri 32 sm olan boru kəmərindən ibarətdir və ən azı 150 santimetr dərinlikdə yerin altından keçir.
IGB Azərbaycan qazını nəql edən Trans Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulacaq. İnterkonnektor işə düşən kimi Bolqarıstanı ildə 1 milyard kubmetr yanacaqla təmin edəcək, növbəti mərhələdə isə nasosun həcmi 3 milyard kubmetrə çatdırılacaq.
Bolqarıstan qeyd olunan 1 milyard kubmetrin daxili istehlakın bir hissəsinin (3 milyard kubmetrə qədər) ödənilməsinə dair müqavilə imzalayıb.
Boru kəməri Bolqarıstanın Energy BEH enerji şirkəti, İtaliyanın Edison və Yunanıstanın DEPA şirkətləri arasında təşkil olunmuş birgə müəssisə tərəfindən tikilir.
Ötən il Bolqarıstana 273 milyon kubmetr Azərbaycan qazı ixrac edilib.
Xəbər lenti
0