Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

© Sputnik / Kemale AliyevaRasim Balayev
Rasim Balayev - Sputnik Azərbaycan, 1920, 14.06.2022
Abunə olmaq
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin də əsas missiyası kinomuzun inkişafı və maraqları naminə bütün kinematoqrafçıları bir araya gətirib birləşdirməkdir
BAKI, 14 iyun — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibliyindən Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edilib. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, prodüser Əli İsa Cabbarov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, son dövrlər mətbuatda ara-sıra Azərbaycan Kinematoqrafçılar İttifaqının və ittifaqın uzun müddət sədri olmuş Xalq yazıçısı Rüstəm İbrahimbəyov və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləri təsdiq edilmiş sədri Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlara rast gəlinir:

"Bir tərəfdən aydındır və başa düşüləndir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransında legitim olaraq xalq artisti Rasim Balayevin sədr seçilməsi illərdir ki, kinomuzun maraqlarına zərər verən şəxslər tərəfindən qısqanclıqla qarşılanıb. Başqa tərəfdən isə, bildirmək istəyirik ki, bu kimi əsassız çıxışlar boşa açılan güllələrdir, hədərdir və o çıxışlar kinematoqrafımızın inkişafına heç bir xeyir gətirməyəcək".

Cabbarov bildirir ki, gələn il yaradılmasının 60 illiyini qeyd edəcək Azərbaycan Kinematoqrafçılar İttifaqı, qurumun üzvü olub-olmamasından asılı olmayaraq bütün həmkarlarına hörmətlə yanaşır:
© Sputnik / Murad OrudjevAzərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov - Sputnik Azərbaycan, 1920, 14.06.2022
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov
"Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin də əsas missiyası kinomuzun inkişafı və maraqları naminə bütün kinematoqrafçıları bir araya gətirib birləşdirməkdir və həmkarlarımıza üz tutaraq bu istiqamətdə həmrəyliyə, yoldaşlığa dəvət edirik".

"Bir daha xəbərdarlıq edirik ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının və ittifaqın uzun müddət sədri olmuş, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun və 31 may tarixində ittifaqın konfransında sədr seçilmiş Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək hər hansı bir çıxışlar olarsa, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq", - deyə Əli İsa Cabbarov bildirib.

Xatırladaq ki, bir müddət öncə Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib. Bu hadisə ictimaiyyət tərəfindən təqdir edilsə də, bəzi adamlar bu seçimə qarşı çıxıblar. Məsələn, Xalq artisti Əbdül Mahmudov Rasim Balayevin bu seçkilərə getməsini milli kinomuza xəyanət adlandırıb.
Tanınmış kinorejissor Ayaz Salayev isə Rasim Balayevin artıq qocaldığını və heç bir pozitiv dəyişikliklik qabiliyyətinin olmadığını söyləyib.
Qeyd edək ki, ötən gün Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiq edib.
İttifaq İdarə Heyətinin üzvlərini təqdim edib: Anar Rzayev (Xalq yazıçısı), Rasim Balayev (Xalq artisti), Firəngiz Qurbanova(Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar incəsənət xadimi), Cəmil Fərəcov (kinorejissor, Əməkdar incəsənət xadimi), Baba Vəziroğlu (şair, tərcüməçi, Əməkdar incəsənət xadimi), Əli İsa Cabbarov (kinorejissor, prodüser, ssenarist), Oleq Səfərəliyev (kinorejissor) Ziya Şıxlinski (kinorejissor), Əsəd Əsədov (səs operatoru, Əməkdar mədəniyyət işçisi), Nizami Abbas (rejissor, Əməkdar incəsənət xadimi), Tahir Tahiroviç (kinorejissor), Həmidə Ömərova (Xalq artisti), Şükufə Yusupova (Xalq artisti), Lalə Əfəndiyeva (prodüser, "Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu" İctimai Birliyinin direktoru), Mirbala Səlimli (teatr və kino rejissoru, Əməkdar incəsənət xadimi) Cavid İmamverdiyev (kinorejissor, prodüser), Məbud Məhərrəmov (Xalq artisti), Fatimə İbrahimbəyova (aktrisa, prodüser), Qulu Məhərrəmli (filologiya elmləri doktoru, professor), Nadir Bədəlov (sənətşünas, ssenarist), Rövşən İsax (kinoejissor).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0