https://sputnik.az/20220614/aqta-enerji-ickileri-ile-bagli-monitorinqlerin-neticelerini-aciqlayib-442922844.html
AQTA enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb
AQTA enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb
Sputnik Azərbaycan
AQTA enerji içkiləri ilə bağlı araşdırmalarını davam etdirir, nəticələr barədə ətraflı məlumat veriləcək 14.06.2022, Sputnik Azərbaycan
2022-06-14T20:33+0400
2022-06-14T20:33+0400
2022-06-14T20:33+0400
enerji
cəmiyyət
aqta
https://cdnn1.img.sputnik.az/img/42279/82/422798279_0:201:2925:1846_1920x0_80_0_0_352228a112f0b89084a4b85a78a65a7d.jpg
BAKI, 14 iyun — Sputnik. Nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində istehlakçılara təqdim olunan enerji içkisi və bir sıra digər içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər aparılıb.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra digər içkilərdən nümunələr götürülərək laborator analizlər həyata keçirilib.Araşdırmaların nəticəsinə uyğun olaraq, “Ayan” MMC tərəfindən istehsal edilən “Lion” əmtəə nişanlı içkinin enerji içkisi olduğu öz təsdiqini tapsa da, etiket məlumatları və markalanmada qanunvericiliyin tələblərinə əməl olunmadığı üçün həmin məhsulun satış şəbəkələrindən geri çağırılması və markalanma tələblərinin icra edilməsi ilə bağlı qərar qəbul olunub. Araşdırmalar davam etdirilir. İctimaiyyətə nəticələri ilə bağlı geniş məlumat veriləcək.Xatırladaq ki, ötən gün Səhiyyə Nazirliyi də enerji içkiləri ilə bağlı məlumat yaymışdı. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmi pozulur.Nazirliyin məlumatında bildirilib ki, bu zaman hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır: "Bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır. 22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidirlər. Enerji içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/82/422798279_96:0:2827:2048_1920x0_80_0_0_b3111207d7093bb0070948a46511d315.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
enerji, aqta
AQTA enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb
AQTA enerji içkiləri ilə bağlı araşdırmalarını davam etdirir, nəticələr barədə ətraflı məlumat veriləcək
BAKI, 14 iyun — Sputnik. Nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində istehlakçılara təqdim olunan enerji içkisi və bir sıra digər içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra digər içkilərdən nümunələr götürülərək laborator analizlər həyata keçirilib.
Araşdırmaların nəticəsinə uyğun olaraq, “Ayan” MMC tərəfindən istehsal edilən “Lion” əmtəə nişanlı içkinin enerji içkisi olduğu öz təsdiqini tapsa da, etiket məlumatları və markalanmada qanunvericiliyin tələblərinə əməl olunmadığı üçün həmin məhsulun satış şəbəkələrindən geri çağırılması və markalanma tələblərinin icra edilməsi ilə bağlı qərar qəbul olunub. Araşdırmalar davam etdirilir. İctimaiyyətə nəticələri ilə bağlı geniş məlumat veriləcək.
Xatırladaq ki, ötən gün Səhiyyə Nazirliyi də enerji içkiləri ilə bağlı məlumat yaymışdı. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmi pozulur.
Nazirliyin məlumatında bildirilib ki, bu zaman hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır: "Bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır. 22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidirlər. Enerji içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır".