Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Vunqtau küçəsindən olan animator: Klassik filmlərə animasiyadan sonra baxırlar

© AFP 2024 / FREDERICK FLORINPlanşetdə animasiyaya baxan uşaq, arxiv şəkli
Planşetdə animasiyaya baxan uşaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.06.2022
Abunə olmaq
"Vungtau" səhifəsi ilə insanların diqqətini cəlb edən İsmayıl Mustafayev bir ildir ki, bu işlə məşğuldur. Ən böyük arzusu əvvəllər hobbi kimi yanaşdığı bu sahəni daha da inkişaf etdirməkdir.
BAKI, 13 iyun — Sputnik. İsmayıl Mustafayev animatordur. Bu peşəni də öz-özünə öyrənib. İxtisasca mühasib olan İsmayıl Mustafayev "Vunqtau" adlı sosial media hesabından paylaşdığı illüstrasiyalarla insanların diqqətini cəlb etməyi bacarıb. Səhifənin adına gəldikdə isə müsahibimiz bildirir ki, həmin ad yaşadığı küçənin adıdır:
"Əvvəllər yaşadığım Vunqtau küçəsinin uşaqları üçün animasiyalar edirdim. Sonra onların dəstəyi ilə bu işin üzərində işləməyə, daha da mükəmməlləşdirməyə çalışdım".
İsmayıl deyir ki, hazırladığı animasiyaların əksəriyyətinin ideyası özünə məxsusdur: "Bu gün məşhur şəxslərin – şoumenlər, aktyorlar, müğənnilərlə yanaşı, sosial şəbəkələrdə trend olan insanların da videolarını hazırlayıram. Bəzən kiməsə jest olaraq da etdiklərim olur. Məsələn, ətrafımda elə insanlar var ki, onlar meyxanananı çox dinləyirlər. Xüsusən Bakı camaatı meyxana sənətini çox sevir. Ona görə də bəzən məşhur meyxanaçıların animasiyasını hazırlayıram"
Dediyinə görə, hazırladığı bəzi animasiyaların çoxu maarifləndirici xarakter daşıyır: "Yeniyetmələr, 20 yaşalarında olan gənclər bizim klassik filmlərimizdən bixəbərdirlər. Mən o filmlərin animasiyasını hazırlayıb paylaşıram. Həmin filmlərə baxmayan insanlar animasiyadan sonra baxırlar. Bundan başqa, Habil Əliyevin, Yaşar Nurinin, Həsən Məmmədovun, Siyavuş Aslanın, Əjdər Həmidovun və digər sənətkarlamızın animasiyalarını hazırlamışam. Məqsədim odur ki, dünyadan köçən sənətkarları yeni nəsil unutmasın. Həmin sənətkarların çəkildikləri filmləri, ifa etdikləri musiqiləri paylaşanda, baxmırlar. Amma onları animasiya vasitəsi ilə çatdıranda insanlarda maraq oyanır".
Müsahibimizin sözlərinə görə, yaratdığı animasiyaların içində həyatda yaşayan məşhurlar da var. Buna görə İsmayıla təşəkkür edənlər də olur. Əsas odur ki, yaradacağı obraz onun ruhuna yaxın olsun: "Hərdən sifarişlər də olur. Amma əsasən öz istəklərimi reallaşdırmağa çalışıram. İstəyirəm ki, hər işim digərlərindən daha fərqli, daha peşəkar olsun".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0