https://sputnik.az/20220613/turkiye-suriyada-emeliyyata-bu-tarixden-baslaya-biler---dda-442857825.html
Türkiyə Suriyada əməliyyata bu tarixdən başlaya bilər - İDDİA
Türkiyə Suriyada əməliyyata bu tarixdən başlaya bilər - İDDİA
Sputnik Azərbaycan
Türkiyənin "Hürriyet" nəşri yazır ki, əməliyyata başlamaq əmri 9-12 iyul tarixlərinə təsadüf edən Qurban bayramından dərhal sonra verilə bilər. 13.06.2022, Sputnik Azərbaycan
2022-06-13T14:17+0400
2022-06-13T14:17+0400
2022-06-13T14:17+0400
türkiyə
dünya xəbərləri
suriya
əməliyyat
https://cdnn1.img.sputnik.az/img/42319/69/423196994_0:0:3073:1728_1920x0_80_0_0_f03210117322dbe77a0e936d83b501d8.jpg
BAKI, 13 iyun — Sputnik. Türkiyə ordusu İraqın şimalındakı əməliyyatı başa çatdırdıqdan sonra Suriyada yeni hərbi əməliyyata başlaya bilər. Bu barədə Türkiyənin "Hürriyet" nəşri yazıb.Bildirilib ki, əməliyyata başlamaq əmri 9-12 iyul tarixlərinə təsadüf edən Qurban bayramından dərhal sonra verilə bilər.Türkiyə ordusu aprelin 18-dən Şimali İraqda "Pəncə-Qalxan" əməliyyatı həyata keçirir. Bu günə qədər Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyədə qadağan olunmuş PKK-nın 220-dən çox silahlısı, onların əsas bazaları, silah-sursat və ərzaq anbarları məhv edilib."Hürriyet"in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Şimali İraqdakı əməliyyatı uğurla başa çatdırmaq istəyir, ona görə də Suriyada yeni əməliyyata İraqda hərbi əməliyyatların dayandırıldığı andan başlamalıdır. Digər tərəfdən, qəzet yazır ki, Türkiyə ordusunun Suriyanın şimalındakı hücumunun əsas istiqamətləri kimi müəyyən edilən Tell-Rifat və Mənbic üçün ordu qruplaşmasının formalaşdırılması hələ tam başa çatmayıb."Hürriyet" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada hər an əməliyyat başlaya biləcəyi ilə bağlı sözlərini xatırladır."Türkiyə Silahlı Qüvvələri buna tam hazır olmasa, əməliyyat başlamayacaq. Qurban bayramına diqqət yetirilməlidir, bundan sonra əməliyyata bir neçə gün ərzində deyil, hətta bir neçə saat ərzində başlamaq olar", - deyə türk hakimiyyətinə yaxınlığı ilə tanınan "Hürriyet"in köşə yazarı Abdulkadir Aksu yazır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42319/69/423196994_34:0:2765:2048_1920x0_80_0_0_f4d7c81b2ca719959f1290e019109bad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, suriya, əməliyyat
türkiyə, suriya, əməliyyat
Türkiyə Suriyada əməliyyata bu tarixdən başlaya bilər - İDDİA
Türkiyənin "Hürriyet" nəşri yazır ki, əməliyyata başlamaq əmri 9-12 iyul tarixlərinə təsadüf edən Qurban bayramından dərhal sonra verilə bilər.
BAKI, 13 iyun — Sputnik. Türkiyə ordusu İraqın şimalındakı əməliyyatı başa çatdırdıqdan sonra Suriyada yeni hərbi əməliyyata başlaya bilər. Bu barədə Türkiyənin "Hürriyet" nəşri yazıb.
Bildirilib ki, əməliyyata başlamaq əmri 9-12 iyul tarixlərinə təsadüf edən Qurban bayramından dərhal sonra verilə bilər.
Türkiyə ordusu aprelin 18-dən Şimali İraqda "Pəncə-Qalxan" əməliyyatı həyata keçirir. Bu günə qədər Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyədə qadağan olunmuş PKK-nın 220-dən çox silahlısı, onların əsas bazaları, silah-sursat və ərzaq anbarları məhv edilib.
"Hürriyet"in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Şimali İraqdakı əməliyyatı uğurla başa çatdırmaq istəyir, ona görə də Suriyada yeni əməliyyata İraqda hərbi əməliyyatların dayandırıldığı andan başlamalıdır. Digər tərəfdən, qəzet yazır ki, Türkiyə ordusunun Suriyanın şimalındakı hücumunun əsas istiqamətləri kimi müəyyən edilən Tell-Rifat və Mənbic üçün ordu qruplaşmasının formalaşdırılması hələ tam başa çatmayıb.
"Hürriyet" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada hər an əməliyyat başlaya biləcəyi ilə bağlı sözlərini xatırladır.
"Türkiyə Silahlı Qüvvələri buna tam hazır olmasa, əməliyyat başlamayacaq. Qurban bayramına diqqət yetirilməlidir, bundan sonra əməliyyata bir neçə gün ərzində deyil, hətta bir neçə saat ərzində başlamaq olar", - deyə türk hakimiyyətinə yaxınlığı ilə tanınan "Hürriyet"in köşə yazarı Abdulkadir Aksu yazır.