https://sputnik.az/20220613/turkiye-qara-denizden-qaz-hasilatina-baslayir-qazma-gemisi-sultanin-serefine-adlandirildi-442894458.html
Türkiyə Qara dənizdən qaz hasilatına başlayır: Qazma gəmisi Sultanın şərəfinə adlandırıldı
Türkiyə Qara dənizdən qaz hasilatına başlayır: Qazma gəmisi Sultanın şərəfinə adlandırıldı
Sputnik Azərbaycan
Türkiyə Prezidenti qazılacaq 40 quyu ilə gündəlik qaz hasilatını 40 milyon kubmetrə çatdırmağı hədəflədiklərini bildirib. 13.06.2022, Sputnik Azərbaycan
2022-06-13T23:56+0400
2022-06-13T23:56+0400
2022-06-14T10:09+0400
dünya xəbərləri
türkiyə
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434512315_0:75:3072:1803_1920x0_80_0_0_1a00b5a2d3f1464a58da22e08e223ea6.jpg
BAKI, 13 iyun - Sputnik. Türkiyə Qara dənizdən qaz hasilatına 2023-cü ilin birinci rübündə başlayacaq.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qaz hasilatı üçün Qara dənizə ilk boruların suya endirilməsi mərasimində deyib.O qeyd edib ki, birinci mərhələdə sutkada 10 milyon kubmetr təbii qaz hasil edilək əhalinin istifadəsinə veriləcək.Türkiyə Prezidenti qazılacaq 40 quyu ilə gündəlik qaz hasilatını 40 milyon kubmetrə çatdırmağı hədəflədiklərini də vurğulayıb.Bundan əlavə, ölkə başçısı Türkiyənin 4-cü qazma gəmisinin adının Əbdülhəmid Xan (34-cü Osmanlı sultanı II Əbdülhəmidin şərəfinə - red.) olaraq müəyyən edildiyini açıqlayıb.Qeyd edək ki, 170 kilometrlik hissədə boruların çəkilməsinə 10 iyun tarixində başlanılıb. Kəmərin dərinliyi 2 km təşkil edir. Həmçinin, işlərin beş ay ərzində başa çatdırılması nəzərdə tutulur. Sakarya yatağından əldə olunan qazdan istehlakçılar 2023-cü ilin əvvəlində istifadəyə başlamalıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434512315_213:0:2944:2048_1920x0_80_0_0_432c841ee17e209aaeffe15fbf735c91.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
türkiyə, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Türkiyə Qara dənizdən qaz hasilatına başlayır: Qazma gəmisi Sultanın şərəfinə adlandırıldı
23:56 13.06.2022 (Yenilənib: 10:09 14.06.2022) Türkiyə Prezidenti qazılacaq 40 quyu ilə gündəlik qaz hasilatını 40 milyon kubmetrə çatdırmağı hədəflədiklərini bildirib.
BAKI, 13 iyun - Sputnik. Türkiyə Qara dənizdən qaz hasilatına 2023-cü ilin birinci rübündə başlayacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qaz hasilatı üçün Qara dənizə ilk boruların suya endirilməsi mərasimində deyib.
O qeyd edib ki, birinci mərhələdə sutkada 10 milyon kubmetr təbii qaz hasil edilək əhalinin istifadəsinə veriləcək.
Türkiyə Prezidenti qazılacaq 40 quyu ilə gündəlik qaz hasilatını 40 milyon kubmetrə çatdırmağı hədəflədiklərini də vurğulayıb.
Bundan əlavə, ölkə başçısı Türkiyənin 4-cü qazma gəmisinin adının Əbdülhəmid Xan (34-cü Osmanlı sultanı II Əbdülhəmidin şərəfinə - red.) olaraq müəyyən edildiyini açıqlayıb.
Qeyd edək ki, 170 kilometrlik hissədə boruların çəkilməsinə 10 iyun tarixində başlanılıb. Kəmərin dərinliyi 2 km təşkil edir. Həmçinin, işlərin beş ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Sakarya yatağından əldə olunan qazdan istehlakçılar 2023-cü ilin əvvəlində istifadəyə başlamalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.