CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidQarabağda yol kənarında mina
Qarabağda yol kənarında mina - Sputnik Azərbaycan, 1920, 13.06.2022
Abunə olmaq
ANAMA məlumat verib ki, iyunun 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda minatəmizləmə əməliyyatları aparılıb.
BAKI, 13 iyun — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, iyunun 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 11 mina və 685 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 544 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xatırladaq ki, iyunun 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 54, tank əleyhinə 25 mina və 206 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 357 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 2020-ci ilin noyabr ayının 10-dan bu ilin mayın 31-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 11 555, tank əleyhinə 5 723 mina və 16 041 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Eyni zamanda 11 666,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Azad edilən ərazilərdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər davam etdirilir - Sputnik Azərbaycan, 1920, 25.04.2022
HƏRBİ
ANAMA aşkarlanmış minaların sayını açıqladı
Xəbər lenti
0