https://sputnik.az/20220613/mingecevirde-qadin-deleduz-saxlanilib-442856273.html
Mingəçevirdə qadın dələduz saxlanılıb
Mingəçevirdə qadın dələduz saxlanılıb
Sputnik Azərbaycan
Şəlalə İsmayılova işə düzəltmə, sosial yardım və pensiya təyin etdirmə vədləri ilə ümumilikdə 10 nəfəri aldadaraq onların 30 min manata yaxın pulunu... 13.06.2022, Sputnik Azərbaycan
2022-06-13T10:57+0400
2022-06-13T10:57+0400
2022-06-13T11:11+0400
dələduz
cəmiyyət
mingəçevir
saxlanılma
https://cdnn1.img.sputnik.az/img/41270/56/412705624_0:0:2001:1125_1920x0_80_0_0_345ea1030b1c315a302dae43e7c7c3d9.jpg
BAKI, 13 iyun — Sputnik. Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.Bildirilib ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında Baş Cinayət Axtarış İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran Bakı şəhər sakini Şəlalə İsmayılova saxlanılıb.Araşdırma zamanı məlum olub ki, Şəlalə İsmayılova işə düzəltmə, sosial yardım və pensiya təyin etdirmə vədləri ilə ümumilikdə 10 nəfəri aldadaraq onların 30 min manata yaxın pulunu mənimsəyib. Saxlanılan şəxs əməlini etiraf edib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir."Şəlalə İsmayılovanın respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in "102" Xidməti Zəng Mərkəzinə, Mingəçevir Şəhər Polis Şöbəsinə, eləcə də aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər", - məlumatda qeyd edilib.
https://sputnik.az/20211120/bir-zaman-her-kes-bu-kriptovalyuta-satanlari-sorusurdu-deleduz-olduqlari-tesdiqlendi-436520237.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41270/56/412705624_60:0:1839:1334_1920x0_80_0_0_36d46dfd97caa70a8f3f2102c20e78a4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dələduz, mingəçevir, saxlanılma
dələduz, mingəçevir, saxlanılma
Mingəçevirdə qadın dələduz saxlanılıb
10:57 13.06.2022 (Yenilənib: 11:11 13.06.2022) Şəlalə İsmayılova işə düzəltmə, sosial yardım və pensiya təyin etdirmə vədləri ilə ümumilikdə 10 nəfəri aldadaraq onların 30 min manata yaxın pulunu mənimsəyib.
BAKI, 13 iyun — Sputnik. Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında Baş Cinayət Axtarış İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran Bakı şəhər sakini Şəlalə İsmayılova saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Şəlalə İsmayılova işə düzəltmə, sosial yardım və pensiya təyin etdirmə vədləri ilə ümumilikdə 10 nəfəri aldadaraq onların 30 min manata yaxın pulunu mənimsəyib. Saxlanılan şəxs əməlini etiraf edib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Şəlalə İsmayılovanın respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in "102" Xidməti Zəng Mərkəzinə, Mingəçevir Şəhər Polis Şöbəsinə, eləcə də aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər", - məlumatda qeyd edilib.