https://sputnik.az/20220613/keyfiyyetsiz-toyuq-etinin-satilmasinin-qarsisi-alinib-442875458.html
Keyfiyyətsiz toyuq ətinin satılmasının qarşısı alınıb
Keyfiyyətsiz toyuq ətinin satılmasının qarşısı alınıb
Sputnik Azərbaycan
Assosiasiyadan bildirilib ki, keyfiyyətsiz toyuq ətinin "Siyəzən", "Şəfa", "Səba" adı altında satıldığı aşkarlanaraq müvafiq orqanlar məlumatlandırılıb və... 13.06.2022, Sputnik Azərbaycan
2022-06-13T18:04+0400
2022-06-13T18:04+0400
2022-06-13T18:34+0400
toyuq əti
cəmiyyət
ədliyyə nazirliyi
icazə
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440512186_0:161:3071:1888_1920x0_80_0_0_fb31737b94908d76686b3642b0ed4c95.jpg
BAKI, 13 iyun — Sputnik. Bakıda və ölkənin digər ərazilərində fəaliyyət göstərən bazarlarda başqa ölkələrdən idxal olunan keyfiyyətsiz toyuq ətinin ölkənin məşhur toyuq istehsalı brendlərinin adı altında satılmasının qarşısı alınıb.Bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından (APEPEA) bildirilib.Məlumata görə, bir müddət əvvəl APEPEA nümayəndələri Bakıda və ölkənin digər ərazilərində fəaliyyət göstərən bazarlarda başqa ölkələrdən idxal olunan keyfiyyətsiz toyuq ətinin "Siyəzən", "Şəfa", "Səba" adı altında satıldığını aşkarlayaraq müvafiq orqanları məlumatlandırıb və qarşısı alınıb.Həmçinin, qeyd edilir ki, bu günlərdə isə cənub bölgəsində yerləşən çoxsaylı marketlərdə kütləvi şəkildə "Siyəzən Broyler"in əmtəə nişanından qanunsuz istifadə halı aşkarlanıb. Lənkəran rayonu Vilvan kəndindəki "Limon market", Liman qəsəbəsində yerləşən "Rəhimli Market", Avrora kəndində "Həsən market" və digər marketlərdə kütləvi şəkildə "Siyəzən Broyler"in məhsulu adı altında toyuq ətinin satışı həyata keçirilir. Bu marketlərin heç birinə "Siyəzən Broyler" ASC tərəfindən məhsul verilmir, onlarla hər hansı ticari müqavilə bağlanmayıb. ASC-nin nümayəndələri saxta məhsulların satıldığı marketlərdə olaraq fotoçəkilişlər aparıb, fırıldaqçılıq hallarına dair dəlil-sübutlar toplayıblar. Həmin sübutların təqdim olunduğu qurumlar sahibkarlıq subyektlərində yoxlama aparılması üçün Ədliyyə Nazirliyindən icazə alınmalı olduğunu, bu səbəbdən müraciətlərə 15 gün müddətində baxılacağını bildiriblər. Halbuki artıq marketlərdən saxta məhsulların yığışdırılmasına başlanıb. Bu isə o deməkdir ki, fırıldaqçılığa yol verən, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istehlakçıları aldadan şəxslər cəzasız qala bilərlər.APEPEA müvafiq qurumları bu hallara qarşı təcili tədbirlər görməyə, saxtakarlığa, qanunsuzluğa yol verənlərə qarşı hüquqi addımlar atmağa çağırır: "Bildiririk ki, bu cür fırıldaqçılıqla bazara çıxarılan məhsulların keyfiyyəti, qida təhlükəsizliyi meyarlarına cavab verməsi böyük sual altındadır. Çünki normal məhsul istehsal edən sahibkar heç vaxt başqa əmtəə nişanından istifadə etməz, buna ehtiyac olmaz. Bu baxımdan, "Siyəzən Broyler" ASC-nin əmtəə nişanından qanunsuz istifadə edilərək satılan toyuq ətinin keyfiyyəti, qida təhlükəsizliyi normalarına cavab verib-verməməsi böyük sual altındadır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440512186_170:0:2901:2048_1920x0_80_0_0_2dbc68a4c736c9768a2badf88e15a965.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
toyuq əti, ədliyyə nazirliyi, icazə
toyuq əti, ədliyyə nazirliyi, icazə
Keyfiyyətsiz toyuq ətinin satılmasının qarşısı alınıb
18:04 13.06.2022 (Yenilənib: 18:34 13.06.2022) Assosiasiyadan bildirilib ki, keyfiyyətsiz toyuq ətinin "Siyəzən", "Şəfa", "Səba" adı altında satıldığı aşkarlanaraq müvafiq orqanlar məlumatlandırılıb və qarşısı alınıb.
BAKI, 13 iyun — Sputnik. Bakıda və ölkənin digər ərazilərində fəaliyyət göstərən bazarlarda başqa ölkələrdən idxal olunan keyfiyyətsiz toyuq ətinin ölkənin məşhur toyuq istehsalı brendlərinin adı altında satılmasının qarşısı alınıb.
Bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından (APEPEA) bildirilib.
Məlumata görə, bir müddət əvvəl APEPEA nümayəndələri Bakıda və ölkənin digər ərazilərində fəaliyyət göstərən bazarlarda başqa ölkələrdən idxal olunan keyfiyyətsiz toyuq ətinin "Siyəzən", "Şəfa", "Səba" adı altında satıldığını aşkarlayaraq müvafiq orqanları məlumatlandırıb və qarşısı alınıb.
Həmçinin, qeyd edilir ki, bu günlərdə isə cənub bölgəsində yerləşən çoxsaylı marketlərdə kütləvi şəkildə "Siyəzən Broyler"in əmtəə nişanından qanunsuz istifadə halı aşkarlanıb. Lənkəran rayonu Vilvan kəndindəki "Limon market", Liman qəsəbəsində yerləşən "Rəhimli Market", Avrora kəndində "Həsən market" və digər marketlərdə kütləvi şəkildə "Siyəzən Broyler"in məhsulu adı altında toyuq ətinin satışı həyata keçirilir. Bu marketlərin heç birinə "Siyəzən Broyler" ASC tərəfindən məhsul verilmir, onlarla hər hansı ticari müqavilə bağlanmayıb. ASC-nin nümayəndələri saxta məhsulların satıldığı marketlərdə olaraq fotoçəkilişlər aparıb, fırıldaqçılıq hallarına dair dəlil-sübutlar toplayıblar. Həmin sübutların təqdim olunduğu qurumlar sahibkarlıq subyektlərində yoxlama aparılması üçün Ədliyyə Nazirliyindən icazə alınmalı olduğunu, bu səbəbdən müraciətlərə 15 gün müddətində baxılacağını bildiriblər. Halbuki artıq marketlərdən saxta məhsulların yığışdırılmasına başlanıb. Bu isə o deməkdir ki, fırıldaqçılığa yol verən, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istehlakçıları aldadan şəxslər cəzasız qala bilərlər.
APEPEA müvafiq qurumları bu hallara qarşı təcili tədbirlər görməyə, saxtakarlığa, qanunsuzluğa yol verənlərə qarşı hüquqi addımlar atmağa çağırır: "Bildiririk ki, bu cür fırıldaqçılıqla bazara çıxarılan məhsulların keyfiyyəti, qida təhlükəsizliyi meyarlarına cavab verməsi böyük sual altındadır. Çünki normal məhsul istehsal edən sahibkar heç vaxt başqa əmtəə nişanından istifadə etməz, buna ehtiyac olmaz. Bu baxımdan, "Siyəzən Broyler" ASC-nin əmtəə nişanından qanunsuz istifadə edilərək satılan toyuq ətinin keyfiyyəti, qida təhlükəsizliyi normalarına cavab verib-verməməsi böyük sual altındadır".