https://sputnik.az/20220613/azerbaycanda-ilk-defe-pikap-ve-elektromobillerin-yigilmasina-baslanacaq-442857565.html
Azərbaycanda ilk dəfə pikap və elektromobillərin yığılmasına başlanacaq
Azərbaycanda ilk dəfə pikap və elektromobillərin yığılmasına başlanacaq
Sputnik Azərbaycan
Avtomobillərin bir neçə ehtiyat hissəsinin Azərbaycanda da hazırlanması üçün Çin şirkətinə müraciət edilib. 13.06.2022, Sputnik Azərbaycan
2022-06-13T13:59+0400
2022-06-13T13:59+0400
2022-06-13T13:59+0400
elektromobil
iqtisadiyyat
pikap
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427887733_0:161:3067:1886_1920x0_80_0_0_f792f7321ddba0fc9840f9f7744d4197.jpg
BAKI, 13 iyun — Sputnik. Bu ildən Naxçıvan Avtomobil Zavodunda Çin markası pikap və elektromobillərin yığılmasına başlanacaq.Bu barədə "APA-Economics"ə açıqlamasında Zavodun da daxil olduğu "Cahan Holdinq"in satış departamentinin rəhbəri Fərhad Hüseynov deyib. Onun sözlərinə görə, zavodda ilk dəfə olaraq bu ilin sentyabr ayından "ZX Avto" markasına aid pikapların yığılması planlaşdırılır. Avtomobilin hissələri əsasən Çindən gətiriləcək. Bir neçə ehtiyat hissəsinin Azərbaycanda da hazırlanması üçün Çin şirkətinə müraciət edilib: "Əgər şirkət təsdiq edərsə, pikapların yığılması zamanı Sumqayıt zavodlarında istehsal edilən bir neçə ehtiyat hissəsi də istifadə edilə bilər".O qeyd edib ki, ildə 300-400 "ZX Avto" pikapının yığılması planlaşdırılır.Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsalına gəlincə, F.Hüseynov bildirib ki, nümunə üçün artıq 7-8 Çin markası Azərbaycana gətirilib. Amma hələlik istehsal ediləcək marka təsdiqlənməyib: "Elektromobil markası seçildikdən sonra ilkin olaraq 40-50 ədəd 7-8 nəfər sərnişin tutumlu miniven, sedan və xeçbək tipli elektromobilin yığılması planlaşdırılır".O bildirib ki, istehsalın artırılması Bakıda elektromobillər üçün infrastrukrun genişləndirilməsindən asılı olacaq: "Bakıda elektrikdoldurma məntəqələrinin artırılması planlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu istiqamətdə addımlar atacağını gözləyirik". Elektromobillərin servis məsələsinə gəlincə, F.Hüseynov bildirib ki, artıq "Cahan Motors" Bakıda elektromobillərin servis mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb.Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu bundan əvvəl Çin markası, "Lifan" avtomobillərin yığılmasını həyata keçirib.Hazırda isə zavodda yeni "FAW" modellərinin istehsalı aparılır.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427887733_169:0:2898:2047_1920x0_80_0_0_f99c53d91d7e4aa72ab6cd6f7a9dbf81.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
elektromobil, pikap, azərbaycan
elektromobil, pikap, azərbaycan
Azərbaycanda ilk dəfə pikap və elektromobillərin yığılmasına başlanacaq
Avtomobillərin bir neçə ehtiyat hissəsinin Azərbaycanda da hazırlanması üçün Çin şirkətinə müraciət edilib.
BAKI, 13 iyun — Sputnik. Bu ildən Naxçıvan Avtomobil Zavodunda Çin markası pikap və elektromobillərin yığılmasına başlanacaq.
Bu barədə "APA-Economics"ə açıqlamasında Zavodun da daxil olduğu "Cahan Holdinq"in satış departamentinin rəhbəri Fərhad Hüseynov deyib. Onun sözlərinə görə, zavodda ilk dəfə olaraq bu ilin sentyabr ayından "ZX Avto" markasına aid pikapların yığılması planlaşdırılır. Avtomobilin hissələri əsasən Çindən gətiriləcək. Bir neçə ehtiyat hissəsinin Azərbaycanda da hazırlanması üçün Çin şirkətinə müraciət edilib: "Əgər şirkət təsdiq edərsə, pikapların yığılması zamanı Sumqayıt zavodlarında istehsal edilən bir neçə ehtiyat hissəsi də istifadə edilə bilər".
O qeyd edib ki, ildə 300-400 "ZX Avto" pikapının yığılması planlaşdırılır.
Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsalına gəlincə, F.Hüseynov bildirib ki, nümunə üçün artıq 7-8 Çin markası Azərbaycana gətirilib. Amma hələlik istehsal ediləcək marka təsdiqlənməyib: "Elektromobil markası seçildikdən sonra ilkin olaraq 40-50 ədəd 7-8 nəfər sərnişin tutumlu miniven, sedan və xeçbək tipli elektromobilin yığılması planlaşdırılır".
O bildirib ki, istehsalın artırılması Bakıda elektromobillər üçün infrastrukrun genişləndirilməsindən asılı olacaq: "Bakıda elektrikdoldurma məntəqələrinin artırılması planlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu istiqamətdə addımlar atacağını gözləyirik". Elektromobillərin servis məsələsinə gəlincə, F.Hüseynov bildirib ki, artıq "Cahan Motors" Bakıda elektromobillərin servis mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu bundan əvvəl Çin markası, "Lifan" avtomobillərin yığılmasını həyata keçirib.
Hazırda isə zavodda yeni "FAW" modellərinin istehsalı aparılır.