CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AQTA bu ərazi vahidlərinə tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb

© AP Photo / Jorge SaenzSəmada quşlar, arxiv şəkli
Səmada quşlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.06.2022
Abunə olmaq
AQTA-dan bildirilib ki, WOAH-nun "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
BAKI, 13 iyun — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
AQTA-dan bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında, Həştərxan vilayətində və Krasnodar diyarında qeydə alınmış yüksək patogen quş qripi (YPQQ) xəstəliyi aradan qaldırılıb. WOAH-nun "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, YPQQ xəstəliyi üzrə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və qeyd olunan inzibati ərazi vahidlərinin həmin xəstəlikdən epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, WOAH-nun "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan inzibati ərazi vahidlərinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Toyuq əti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
İQTİSADİYYAT
Ucuz qiymətə satılan "Belarus kənd toyuğu" yeməlidir? Assosiasiya "yox", AQTA "hə" deyir
Xəbər lenti
0