https://sputnik.az/20220612/rusiyada-mcdonalds-yeni-adla-fealiyyet-gosterecek-442832150.html
Rusiyada "McDonald's" yeni adla fəaliyyət göstərəcək
Rusiyada "McDonald's" yeni adla fəaliyyət göstərəcək
Sputnik Azərbaycan
Rusiyada "McDonald's"ı əvəz edən restoranlar şəbəkəsi Rusiya Günündə Moskvanın Puşkin meydanında açılıb. 12.06.2022, Sputnik Azərbaycan
2022-06-12T14:50+0400
2022-06-12T14:50+0400
2022-06-12T14:50+0400
rusiya
"mcdonalds"
moskva
https://cdnn1.img.sputnik.az/img/40114/77/401147707_44:0:1011:544_1920x0_80_0_0_4f04f6aa599bea3e187f4c59b4d080c1.jpg
BAKI, 12 iyun - Sputnik. Rusiyada "McDonald's" yeni adla fəaliyyət göstərəcək"McDonald's"ın rusiyalı varisi bundan sonra "Ləzzətli və nöqtə" adlanacaq. Bu barədə iyunun 12-də Rusiya mediası məlumat yayıb.Ziyarətçilərə yeni adı şirkətin baş direktoru Oleq Paroyev açıqlayıb."İndi hər kəsin ad və inkişafla bağlı çoxlu sualları var. Biz həmişə istehlakçılarımız tərəfindən yüksək qiymətləndirilmiş və sevilmişik. Onlar ilk növbədə unikal atmosferə görə geri qayıdırlar", - deyən Paroyev əlavə edib ki, şəbəkənin yeni loqosunda kartof təsvir olunub.Rusiyada "McDonald's"ı əvəz edən restoranlar şəbəkəsi Rusiya Günündə saat 12:00-da Moskvanın Puşkin meydanında açılıb. Qalan 14 restoran isə qonaqları bir qədər tez - saat 11:00-da qarşılayıblar.Bu yaxınlarda Rusiyada "McDonald's"ın yeni sahibi, iş adamı Aleksandr Qovor "fast food" restoranlarının yenidən fəaliyyətə başlamasının təfərrüatlarını açıqlayıb. O, ölkədə həftədə 80-ə qədər yeni şəbəkə restoranının açılmasının planlaşdırıldığını bildirib.Xatırladaq ki, "McDonald's" Rusiyada 30 ildən çox fəaliyyət göstərdikdən sonra bazardan çıxmaq qərarına gəlib. Məlum olub ki, mayın 19-da Rusiya restoranlar şəbəkəsinin yeni sahibi Novokuznetskdən olan sahibkar Aleksandr Qovor olub.İyunun 12-də Rusiya Günü qeyd olunur. 1990-cı ilin bu günü RSFSR Xalq Deputatları Soveti Rusiyanın dövlət suverenliyi haqqında Bəyannaməni təsdiq edib.1991-ci il iyunun 12-də ilk prezident seçkiləri keçirilib, ölkənin adı dəyişdirilərək Rusiya Federasiyası adlandırılıb, yeni Konstitusiya qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220320/moskvada-mcdonalds-sebekesini-turkiyenin-chitir-chicken-brendi-evez-edecek--440336800.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40114/77/401147707_165:0:890:544_1920x0_80_0_0_68a8f0a8f0ce85ce988dfff0980e53c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"mcdonalds", moskva
Rusiyada "McDonald's" yeni adla fəaliyyət göstərəcək
Rusiyada "McDonald's"ı əvəz edən restoranlar şəbəkəsi Rusiya Günündə Moskvanın Puşkin meydanında açılıb.
BAKI, 12 iyun - Sputnik. Rusiyada "McDonald's" yeni adla fəaliyyət göstərəcək
"McDonald's"ın rusiyalı varisi bundan sonra "Ləzzətli və nöqtə" adlanacaq. Bu barədə iyunun 12-də Rusiya mediası məlumat yayıb.
Ziyarətçilərə yeni adı şirkətin baş direktoru Oleq Paroyev açıqlayıb.
"İndi hər kəsin ad və inkişafla bağlı çoxlu sualları var. Biz həmişə istehlakçılarımız tərəfindən yüksək qiymətləndirilmiş və sevilmişik. Onlar ilk növbədə unikal atmosferə görə geri qayıdırlar", - deyən Paroyev əlavə edib ki, şəbəkənin yeni loqosunda kartof təsvir olunub.
Rusiyada "McDonald's"ı əvəz edən restoranlar şəbəkəsi Rusiya Günündə saat 12:00-da Moskvanın Puşkin meydanında açılıb. Qalan 14 restoran isə qonaqları bir qədər tez - saat 11:00-da qarşılayıblar.
Bu yaxınlarda Rusiyada "McDonald's"ın yeni sahibi, iş adamı Aleksandr Qovor "fast food" restoranlarının yenidən fəaliyyətə başlamasının təfərrüatlarını açıqlayıb. O, ölkədə həftədə 80-ə qədər yeni şəbəkə restoranının açılmasının planlaşdırıldığını bildirib.
Xatırladaq ki, "McDonald's" Rusiyada 30 ildən çox fəaliyyət göstərdikdən sonra bazardan çıxmaq qərarına gəlib. Məlum olub ki, mayın 19-da Rusiya restoranlar şəbəkəsinin yeni sahibi Novokuznetskdən olan sahibkar Aleksandr Qovor olub.
İyunun 12-də Rusiya Günü qeyd olunur. 1990-cı ilin bu günü RSFSR Xalq Deputatları Soveti Rusiyanın dövlət suverenliyi haqqında Bəyannaməni təsdiq edib.
1991-ci il iyunun 12-də ilk prezident seçkiləri keçirilib, ölkənin adı dəyişdirilərək Rusiya Federasiyası adlandırılıb, yeni Konstitusiya qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.