Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada McDonald’s şəbəkəsini Türkiyənin "Chitir Chicken" brendi əvəz edəcək

© Sputnik / Михаил Воскресенский / Fotobanka keçməkВывеска на ресторане "Макдоналдс" на проспекте Мира в Москве
Вывеска на ресторане  Макдоналдс на проспекте Мира в Москве - Sputnik Azərbaycan, 1920, 20.03.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Chitir Chicken brendi artıq may ayının axırına Rusiyada ilk obyektlərini açmaq qərarına gəlib.
BAKI, 20 mart - Sputnik. Məşhur McDonald’s şəbəkəsini Moskvada Türkiyə fastfud şəbəkəsi əvəzləyə bilər.

Chitir Chicken brendi artıq may ayının axırına Rusiyada ilk obyektlərini açmaq qərarına gəlib.
Bununla bağlı martın 22-də Moskvada danışıqların keçirilməsi planlaşdırılır. Bu barədə Rusiya ticarət mərkəzləri birliyinin rəhbəri Bulat Şakirov TASS-a bildirib.

"Hələlik yeni restoranları ticarət mərkəzlərində boş qalan məkanlarda açmaq nəzərdə tutulur, lakin gələcəkdə Türkiyə brendinin McDonald’s-ı da əvəz etməsi mümkündür", - Şakirov deyib.
"McDonald's" Sibirdə qalacaq
Rusiyanın Sibir federal dairəsində fəqaliyyət göstərən "GiD" françayzinq tərəfindən idarə olunan "McDonald's" fast food restoranları hər zamanki kimi işləməyə davam edir və qiymətləri qaldırmır.
Şirkətin "VKontakte" sosial şəbəkəsindəki səhifəsində və Telegram-dakı kanalında məlumat verilib ki, Novokuznetskdə fəaliyyət göstərən "GiD" MMC Novosibirsk, Berdsk, Tomsk, Kemerovo, Novokuznetsk, Barnaul və Krasnoyarskda 25 McDonald's restoranını idarə edir.
"Sibirdəki bütün McDonald's müəssisələri adi qaydada işləyir... Bu gün fast food şəbəkələri öz qiymətlərini xeyli artırıb. Bizim isə qiymətlərimiz eyni səviyyədə qalıb", - şirkətin martın 18-də yaydığı məlumatda bildirilir.
Daha əvvəl McDonald's rəhbərliyi bildirib ki, "əməliyyat, texniki və logistik çətinliklər səbəbindən" şirkət martın 14-dən etibarən Rusiyadakı şəbəkə müəssisələrində xidmətləri müvəqqəti dayandırıb. Səbəb isə şirkətin "əsas çeşidləri saxlayaraq sahələrin fasiləsiz işləməsinə zəmanət verə bilməməsi, şəbəkə müəssisələrində qonaqların vərdiş etdiyi yüksək keyfiyyət standartlarını saxlaya biləcəyinə əmin olmamasıdır".
Bundan əvvəl, martın 8-də baş direktor Kris Kempçinski Rusiyada restoranların müvəqqəti bağlandığını açıqlamışdı.
Kempçinskinin izah etdiyi kimi, McDonald's-ın Rusiyadakı 62.000 işçisinin hamısı maaşlarını saxlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0