https://sputnik.az/20220612/meymunciceyi-tehlukesi-peyvend-sifarisleri-artib--442828972.html
Meymunçiçəyi təhlükəsi: Peyvənd sifarişləri artıb
Meymunçiçəyi təhlükəsi: Peyvənd sifarişləri artıb
Sputnik Azərbaycan
Meymunçiçəyinin endemik olduğu Afrika qitəsinin xaricində, 30-a yaxın ölkədə 1300-dən çox yoluxma halı aşkar edilib. 12.06.2022, Sputnik Azərbaycan
2022-06-12T11:54+0400
2022-06-12T11:54+0400
2022-06-12T11:54+0400
səhiyyə
meymunçiçəyi
virus
epidemiya
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442120857_0:142:3000:1830_1920x0_80_0_0_71bc623cd41f40edf9344f0c3d4abd58.jpg
BAKI, 12 iyun - Sputnik. Bayden administrasiyası meymunçiçəyi epidemiyasının artmasına görə daha çox peyvənd sifariş edib.Bu barədə ABŞ Səhiyyə Nazirliyinin rəsmiləri bildiriblər.Amerikanın 15 ştatında və Kolumbiya dairəsində 45 yoluxma halı qeydə alınıb. Virusun endemik olduğu Afrika qitəsinin xaricində, 30-a yaxın ölkədə 1300-dən çox yoluxma halı aşkar edilib.Administrasiya rəsmiləri Amerika ictimaiyyəti üçün riskin az olduğunu bildiriblər. Bununla bərabər səhiyyə sisteminin bu tipli epidemiyaya qarşı mübarizə apara biləcəklərini təmin etmək üçün hazırlıq işlərinin getdiyini qeyd ediblər. “Jynneos” adlı iki dozalı peyvənd ABŞ-da meymunçiçəyi üçün rəsmi qurumlar tərəfindən təsdiqlənib.Hazırda ABŞ-da 72 min “Jynneos” dozasının mövcud olduğu bildirilib. Növbəti bir neçə həftə ərzində ABŞ hökuməti istehsalçısı “Bavarian Nordic” şirkətindən 300 mindən artıq peyvənd dozası alacaq. Bunu hökumətin təcili peyvənd və müalicə ehtiyatına nəzarət edən Doun O'Konnell deyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220609/meymunciceyi-ne-qeder-tehlukeli-ve-yoluxucudur-442744905.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442120857_186:0:2814:1971_1920x0_80_0_0_37740886b9251b31ceb78cf507242e16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
meymunçiçəyi, virus, epidemiya
meymunçiçəyi, virus, epidemiya
Meymunçiçəyi təhlükəsi: Peyvənd sifarişləri artıb
Meymunçiçəyinin endemik olduğu Afrika qitəsinin xaricində, 30-a yaxın ölkədə 1300-dən çox yoluxma halı aşkar edilib.
BAKI, 12 iyun - Sputnik. Bayden administrasiyası meymunçiçəyi epidemiyasının artmasına görə daha çox peyvənd sifariş edib.
Bu barədə ABŞ Səhiyyə Nazirliyinin rəsmiləri bildiriblər.
Amerikanın 15 ştatında və Kolumbiya dairəsində 45 yoluxma halı qeydə alınıb. Virusun endemik olduğu Afrika qitəsinin xaricində, 30-a yaxın ölkədə 1300-dən çox yoluxma halı aşkar edilib.
Administrasiya rəsmiləri Amerika ictimaiyyəti üçün riskin az olduğunu bildiriblər. Bununla bərabər səhiyyə sisteminin bu tipli epidemiyaya qarşı mübarizə apara biləcəklərini təmin etmək üçün hazırlıq işlərinin getdiyini qeyd ediblər. “Jynneos” adlı iki dozalı peyvənd ABŞ-da meymunçiçəyi üçün rəsmi qurumlar tərəfindən təsdiqlənib.
Hazırda ABŞ-da 72 min “Jynneos” dozasının mövcud olduğu bildirilib. Növbəti bir neçə həftə ərzində ABŞ hökuməti istehsalçısı “Bavarian Nordic” şirkətindən 300 mindən artıq peyvənd dozası alacaq. Bunu hökumətin təcili peyvənd və müalicə ehtiyatına nəzarət edən Doun O'Konnell deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.