https://sputnik.az/20220612/lham-eliyev-vladimir-putini-tebrik-edib-442827017.html
Rusiya Günü: İlham Əliyev Vladimir Putini təbrik edib
Rusiya Günü: İlham Əliyev Vladimir Putini təbrik edib
Sputnik Azərbaycan
İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlər, xalqların və ölkələrin rifahı naminə birgə səylər bundan sonra da durmadan... 12.06.2022, Sputnik Azərbaycan
2022-06-12T10:20+0400
2022-06-12T10:20+0400
2022-06-12T11:21+0400
siyasət
rusiya
putin
rusiya prezidenti vladimir putin
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/42019/26/420192649_0:0:2669:1501_1920x0_80_0_0_8e9bdf78824874bfb0053050634883ee.jpg
BAKI, 12 iyun - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putini təbrik edib.Təbrikdə deyilir:Hörmətli Vladimir Vladimiroviç.Dövlət bayramınız – Rusiya Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.Xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq və mehriban qonşuluq telləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının və çoxplanlı əməkdaşlığının davamlı inkişafının etibarlı əsasıdır. Ölkələrimizin ikitərəfli gündəlikdəki məsələlərin geniş spektri üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur.Cari ilin fevral ayında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamənin imzalanması son otuz il ərzində yaranmış dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini təsbit edib.Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə birgə səylərimizlə bundan sonra da durmadan möhkəmlənəcək və genişlənəcək.Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiyanın dost xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm".Xatırladaq ki, iyunun 12-də Rusiya Günü qeyd olunur. 1990-cı ilin bu günü RSFSR Xalq Deputatları Soveti Rusiyanın dövlət suverenliyi haqqında Bəyannaməni təsdiq edib.1991-ci il iyunun 12-də ilk prezident seçkiləri keçirilib, ölkənin adı dəyişdirilərək Rusiya Federasiyası adlandırılıb, yeni Konstitusiya qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42019/26/420192649_301:213:2379:1772_1920x0_80_0_0_a682a7651d3769188044cf9240f4d6bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, putin, rusiya prezidenti vladimir putin, prezident ilham əliyev
rusiya, putin, rusiya prezidenti vladimir putin, prezident ilham əliyev
Rusiya Günü: İlham Əliyev Vladimir Putini təbrik edib
10:20 12.06.2022 (Yenilənib: 11:21 12.06.2022) İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlər, xalqların və ölkələrin rifahı naminə birgə səylər bundan sonra da durmadan möhkəmlənəcək və genişlənəcək.
BAKI, 12 iyun - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putini təbrik edib.
Hörmətli Vladimir Vladimiroviç.
Dövlət bayramınız – Rusiya Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq və mehriban qonşuluq telləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının və çoxplanlı əməkdaşlığının davamlı inkişafının etibarlı əsasıdır. Ölkələrimizin ikitərəfli gündəlikdəki məsələlərin geniş spektri üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur.
Cari ilin fevral ayında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamənin imzalanması son otuz il ərzində yaranmış dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini təsbit edib.
Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə birgə səylərimizlə bundan sonra da durmadan möhkəmlənəcək və genişlənəcək.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiyanın dost xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm".
Xatırladaq ki, iyunun 12-də Rusiya Günü qeyd olunur. 1990-cı ilin bu günü RSFSR Xalq Deputatları Soveti Rusiyanın dövlət suverenliyi haqqında Bəyannaməni təsdiq edib.
1991-ci il iyunun 12-də ilk prezident seçkiləri keçirilib, ölkənin adı dəyişdirilərək Rusiya Federasiyası adlandırılıb, yeni Konstitusiya qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.