https://sputnik.az/20220612/leyla-eliyevanin-tesebbusu-ile-srailin-en-yaxsi-pediatrlari-azerbaycana-gelib-442848337.html
Leyla Əliyevanın təşəbbüsü ilə İsrailin ən yaxşı pediatrları Azərbaycana gəlib
Leyla Əliyevanın təşəbbüsü ilə İsrailin ən yaxşı pediatrları Azərbaycana gəlib
Sputnik Azərbaycan
İsrailin ən yaxşı pediatrları Azərbaycanda onlarla uşağı sağaltmaq üçün könüllü olublar! 12.06.2022, Sputnik Azərbaycan
2022-06-12T20:13+0400
2022-06-12T20:13+0400
2022-06-12T20:33+0400
səhiyyə
leyla əliyeva
h.əliyev fondunun vitse-prezidenti leyla əliyeva
israil
https://cdnn1.img.sputnik.az/img/41819/94/418199487_0:99:2000:1224_1920x0_80_0_0_e65a021a37eacb9124e90b88ceb9442b.jpg
BAKI, 12 iyun - Sputnik. İsraildən humanitar nümayəndə heyəti Bakıya gəlib.Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin Facebook səhifəsində məlumat verilib. "İsrailin ən yaxşı pediatrları Azərbaycanda onlarla uşağı sağaltmaq üçün könüllü olublar!Bu layihənin təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.Biz birlikdə uşaqlarımıza sağlamlıq və ümid gətiririk”, - səfirliyin açıqlamasında deyilir.Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarıdır. Heydər Əliyev Fondu təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası, bağçaların təmiri kimi böyük layihələrə imza atıb. Heydər Əliyev Fondu daim uşaqlar və onların problemlərini diqqətdə saxlayır, xüsusən də, valideyn qayğısından məhrum olan, fiziki qüsurlu uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41819/94/418199487_118:0:1883:1324_1920x0_80_0_0_6ec5834d817059fc5f106b70388e962d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
leyla əliyeva, h.əliyev fondunun vitse-prezidenti leyla əliyeva, israil
leyla əliyeva, h.əliyev fondunun vitse-prezidenti leyla əliyeva, israil
Leyla Əliyevanın təşəbbüsü ilə İsrailin ən yaxşı pediatrları Azərbaycana gəlib
20:13 12.06.2022 (Yenilənib: 20:33 12.06.2022) İsrailin ən yaxşı pediatrları Azərbaycanda onlarla uşağı sağaltmaq üçün könüllü olublar!
BAKI, 12 iyun - Sputnik. İsraildən humanitar nümayəndə heyəti Bakıya gəlib.
Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin Facebook səhifəsində məlumat verilib.
"İsrailin ən yaxşı pediatrları Azərbaycanda onlarla uşağı sağaltmaq üçün könüllü olublar!
Bu layihənin təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Biz birlikdə uşaqlarımıza sağlamlıq və ümid gətiririk”, - səfirliyin açıqlamasında deyilir.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarıdır.
Heydər Əliyev Fondu təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası, bağçaların təmiri kimi böyük layihələrə imza atıb.
Heydər Əliyev Fondu daim uşaqlar və onların problemlərini diqqətdə saxlayır, xüsusən də, valideyn qayğısından məhrum olan, fiziki qüsurlu uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir.