https://sputnik.az/20220612/kim-cen-in-rusiyani-desteklediyini-beyan-edib-442831810.html
Kim Çen In Rusiyanı dəstəklədiyini bəyan edib
Kim Çen In Rusiyanı dəstəklədiyini bəyan edib
Sputnik Azərbaycan
Şimali Koreya lideri bildirib ki, Rusiya xalqı öz ölkəsinin ləyaqətini və təhlükəsizliyini qorumaq, hər cür çətinlik və problemi aradan qaldırmaq kimi ədalətli... 12.06.2022, Sputnik Azərbaycan
2022-06-12T14:27+0400
2022-06-12T14:27+0400
2022-06-12T14:27+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
kim çen in
şimali koreya lideri kim çen in
https://cdnn1.img.sputnik.az/img/07e5/04/06/426629518_0:0:3071:1728_1920x0_80_0_0_274b3ffd347575543b31322619290aa7.jpg
BAKI, 12 iyun - Sputnik. Şimali Koreya lideri Kim Çen In Moskvanı tam dəstəklədiyini bildirib. Rusiya mediası xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin Rusiya Günü münasibətilə yaydığı təbrikdə deyilir.Pxenyan rəhbəri qeyd edib ki, Rusiya xalqı öz ölkəsinin ləyaqətini və təhlükəsizliyini qorumaq, hər cür çətinlik və problemi aradan qaldırmaq kimi ədalətli işin həyata keçirilməsində böyük uğurlar əldə edib."Koreya xalqı ona tam dəstəyini və razılığını ifadə edir", - deyə KXDR lideri Rusiya Prezidenti Vladimir Putinə cansağlığı, Rusiya xalqına isə firavanlıq arzulayaraq bildirib.Mayın 27-də Rusiya və Çin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyaların artırılmasına dair qətnamə layihəsinə veto qoyub. Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya deyib ki, Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqi Moskvanın dəfələrlə dediyi kimi çıxış yolu deyil.Mayın 10-da Kim Çen In Putini Qələbə Günü münasibətilə təbrik edib. Şimali Koreya lideri KXDR ilə Rusiya arasında ənənəvi dostluq münasibətlərinin davamlı olaraq möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini bildirib. Uzaq Şərq Federal Universitetinin dosenti, siyasi elmlər namizədi Andrey Qubin qeyd edib ki, bugünkü siyasi gündəmdə münasibətlərin inkişafına və onların möhkəmlənməsinə ümid verən sözlər vacibdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220612/lham-eliyev-vladimir-putini-tebrik-edib-442827017.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/06/426629518_340:0:3071:2048_1920x0_80_0_0_3489d11e0d746278e1bf5bb3de8a1816.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, kim çen in, şimali koreya lideri kim çen in
putin, rusiya prezidenti vladimir putin, kim çen in, şimali koreya lideri kim çen in
Kim Çen In Rusiyanı dəstəklədiyini bəyan edib
Şimali Koreya lideri bildirib ki, Rusiya xalqı öz ölkəsinin ləyaqətini və təhlükəsizliyini qorumaq, hər cür çətinlik və problemi aradan qaldırmaq kimi ədalətli işin həyata keçirilməsində böyük uğurlar əldə edib.
BAKI, 12 iyun - Sputnik. Şimali Koreya lideri Kim Çen In Moskvanı tam dəstəklədiyini bildirib. Rusiya mediası xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin Rusiya Günü münasibətilə yaydığı təbrikdə deyilir.
Pxenyan rəhbəri qeyd edib ki, Rusiya xalqı öz ölkəsinin ləyaqətini və təhlükəsizliyini qorumaq, hər cür çətinlik və problemi aradan qaldırmaq kimi ədalətli işin həyata keçirilməsində böyük uğurlar əldə edib.
"Koreya xalqı ona tam dəstəyini və razılığını ifadə edir", - deyə KXDR lideri Rusiya Prezidenti Vladimir Putinə cansağlığı, Rusiya xalqına isə firavanlıq arzulayaraq bildirib.
Mayın 27-də Rusiya və Çin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyaların artırılmasına dair qətnamə layihəsinə veto qoyub. Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya deyib ki, Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqi Moskvanın dəfələrlə dediyi kimi çıxış yolu deyil.
Mayın 10-da Kim Çen In Putini Qələbə Günü münasibətilə təbrik edib. Şimali Koreya lideri KXDR ilə Rusiya arasında ənənəvi dostluq münasibətlərinin davamlı olaraq möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini bildirib.
Uzaq Şərq Federal Universitetinin dosenti, siyasi elmlər namizədi Andrey Qubin qeyd edib ki, bugünkü siyasi gündəmdə münasibətlərin inkişafına və onların möhkəmlənməsinə ümid verən sözlər vacibdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.