CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həkim mədə qıcqırmasına səbəb olan qidalardan danışıb

© Depositphotos.com / RawpixelYemək yeyən insanlar, arxiv şəkli
Yemək yeyən insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.06.2022
Abunə olmaq
Diyetoloq qızardılmış donuz ətinin yağlı olması səbəbindən mədə qıcqırması riskinin artırdığını bildirib.
BAKI, 12 iyun — Sputnik. Bulka və ağ çörəyin həddindən artıq qəbul edilməsi mədənin qıcqırmasına gətirib çıxara bilər. Bu barədə diyetoloq Yevgeni Arzamastsev “Moskva 24” telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, çörək məmulatları mədədə turşuluq dərəcəsini artırır.

“Əgər çörəyi az miqdarda qəbul etsəz və ya onu bir az qurudsanız, mədə qıcqırması riski azalacaq. Yumşaq ağ çörəyin turşuluğu qurudulmuş çörəkdən daha artıqdır”, - deyə mütəxəssis qeyd edib.

Diyetoloq əlavə edib ki, qızardılmış donuz əti də yağlı olması səbəbindən mədə qıcqırması riskini artırır.
"Əgər qızardılmış yağlı ət yesəniz, məsələn, çox bişmiş donuz əti, heç vaxt mədə qıcqırması olmayan insanlarda belə bu cür qidalara görə narahatlıqlar ortaya çıxa bilər", - deyə Arzamastsev xəbərdarlıq edib.
© Sputnik / Irade CELILUSM müayinəsi, arxiv şəkli
Oğuz rayon Mərkəzi Xəstəxanasının USM otağı - Sputnik Azərbaycan, 1920, 11.06.2022
USM müayinəsi, arxiv şəkli
Diyetoloqun sözlərinə görə, əgər insanda qastro-ezofageal reflyuks xəstəliyi varsa və ya mədə turşuluğu artırsa, bir sıra qidalarla ehtiyatlı olmaq lazımdır.
“Bu qidalara sitrus meyvələri, soğan, sarımsaq və istənilən ədviyyatlı yeməklər, həmçinin spirtli içkilər, qəhvə və şokolad aiddir. Əgər mədənin turşuluğu ilə bağlı heç bir problem və reflyuks kimi bir xəstəlik yoxdursa, o zaman bu məhsullar mədə qıcqırmasına səbəb olmayacaq", - deyə mütəxəssis bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0