DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransada seçkilər: Makronun koalisiyası önə keçib

© AP Photo / Nicholas GarrigaFransa prezidenti Emmanuel Makron
Fransa prezidenti Emmanuel Makron - Sputnik Azərbaycan, 1920, 12.06.2022
Abunə olmaq
Bülletenlərin 58%-i emal edildikdən sonra Makronun koalisiyası 24,29%, Melanşonun solçu alyansı 21,95% səs toplayıb.
BAKI, 12 iyun - Sputnik. Fransa prezidenti Emmanuel Makron koalisiyası "Birlikdə!" parlament seçkilərinin birinci turunda səslərin 24,29%-ni, Jan-Lyuk Melanşonun solçu "Yeni Xalq Ekoloji və Sosial İttifaqı" (Nupes) isə 21,95%-ni toplayıb.
Bunu Fransa Daxili İşlər Nazirliyi səslərin 50%-dən çoxu sayılandan sonra açıqlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, bülletenlərin 58%-i emal edildikdən sonra Makronun koalisiyası 24,29%, Melanşonun solçu alyansı 21,95% səs toplayıb.
Bazar günü Fransada parlament seçkilərinin birinci turu keçirilib. Regionlarda seçki məntəqələri saat 18:00-da (Bakı vaxtı ilə 20:00), böyük şəhərlərdə isə yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) bağlanıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 19:00) seçici fəallığı 39,42% təşkil edib.
***
Fransada keçirilən parlament seçkilərinin birinci turunda "Yeni Xalq Ekoloji və Sosial İttifaqı" (NUPES) solçu koalisiyasının nümayəndələri səslərin əksəriyyətini toplayıb.
Bu barədə “BFM” telekanalı “Elabe” sosioloji xidmətinin səsvermə başa çatdıqdan sonra verdiyi proqnoza istinadən məlumat verir.
Solçu Jan-Lyuk Melanşonun təşəbbüsü ilə yaradılmış NUPES koalisiyasının nümayəndələri 26,2% səs toplayıb. “Birlikdə!” hakim koalisiyasının namizədləri 25,8 faiz səs toplayıb.
Buna baxmayaraq, Fransada majoritar seçki sisteminin xüsusiyyətlərinə görə, hakim koalisiya parlamentdəki yerlərin əksəriyyətini saxlayacaq.
***
Fransa seçiciləri prezident seçkilərindən ay yarım sonra bu gün yenidən səsverməyə gələcəklər.
Bu dəfə Beşinci Respublikanın vətəndaşları Milli Assambleyanın (parlamentin aşağı palatası) 577 deputatını seçməli olacaqlar.
İkinci müddətə seçilən Fransa Prezidenti Emmanuel Makronun həmvətənlərinə vəd etdiyi islahatların taleyi parlamentarilərin əyləşdiyi Burbon sarayında qüvvələrin uyğunlaşmasından asılıdır. Aşağı palata majoritar prinsip əsasında, həm ölkənin materik hissəsində, həm də onun xaricdəki departamentlərində yaradılan birmandatlı seçki dairələri üzrə səsvermə əsasında formalaşır.
Birinci turda qalib gəlmək üçün namizədin 50 %-dən çox səs toplaması lazımdır. Bir qayda olaraq, az sayda siyasətçi ilk dəfə belə uğur qazana bilir. Ona görə də ən yaxşı nəticə əldə etmiş iddialıların gedəcəyi seçkilərin ikinci turu artıq iyunun 19-na təyin edilib.
Birinci tura qədər əsas seçki blokları arasında fərq minimuma endirilib. “Ipsos” sosioloji xidmətinin məlumatına görə, “Birlikdə!” bloku səslərin 28 %-nə, onun əsas rəqibi - Yeni Xalq Ekoloji və Sosial İttifaqı isə 27 %-nə arxalana bilər.
Sosioloqların fikrincə, Le Pen tərəfdarları 19,5 % səs toplaya bilər. Hələ parlamentdə təmsil olunmayan yeni mühafizəkar “Rekonkista” hərəkatına Erik Zemmurun dəstəyi 5 %-i keçmir.
Proqnozlara əsasən, ikinci turda Makron tərəfdarları aşağı palatada 270-305 yer, Melanşonun sol alyansı - 180-210 yer, "Respublikaçılar" və "Milli birlik" hərəsi təxminən 45 mandat əldə edə bilər.
Aşağı palatada çoxluğu qazanmaq üçün siyasi bloka ən azı 289 yer lazımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0