https://sputnik.az/20220612/azerbaycanda-onkoloji-xesteler-pulsuz-mualice-olunacaq-deputat-ve-hekimler-buna-inanirlar-442832595.html
Azərbaycanda onkoloji xəstələr pulsuz müalicə olunacaq? Deputat və həkimlər buna inanırlar
Azərbaycanda onkoloji xəstələr pulsuz müalicə olunacaq? Deputat və həkimlər buna inanırlar
Sputnik Azərbaycan
Ötən il Milli Onkologiya Mərkəzinə 163519 pasiyent müraciət edib. Baş həkim deyib ki, proqramda nə nəzərdə tutulubsa, onkoloji xəstələr həmin tibbi... 12.06.2022, Sputnik Azərbaycan
2022-06-12T22:31+0400
2022-06-12T22:31+0400
2022-06-12T22:31+0400
onkoloji xəstəlik
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/42308/98/423089845_0:0:3640:2048_1920x0_80_0_0_4069e286d632fd90ed4a60611d03849f.jpg
BAKI, 12 iyun — Sputnik. Milli Məclisin iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta paketinə daxil olunmasını təklif edib. Komitə sədri bildirib ki, onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta zərfinə daxil edilməlidir.Onkoloji xəstələrin müalicəsi pulsuzdur, amma...Qeyd edək ki, "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı" qəbul edildikdən sonra onkoloji xəstələrə bir sıra dərman preparatları pulsuz verilir. Bu proqram çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə həyatı vacib və digər dərman preparatlarının siyahısında 229 dərman və dərman preparatı daxildir. Hətta "Onkoloji yardım haqqında" qanunun 4-cü maddəsinin 4.3 bəndində qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımı dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.Bununla belə tez-tez onkoloji xəstəlikdən əziyyət çəkən xəstələrin müalicəsi zamanı əlavə xərclərinin çıxdığı barədə fikrilər səslənir. Bu baxımdan onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi fikri dəstəklənir."Bəzi dərmanları özümüz alırıq"Üç ildən çoxdur ki, onkoloji xəstəlikdən əziyyət çəkən Gülüs Mahmudova Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, xəstəliyi ilə əlaqədar müalicəsi dövlət hesablna aparılsa da, bəzi dərman preparatlarını özü almalı olur. Onun sözlərinə görə, polikilinikadan həkimin yazdığı ağrıkəsicilərini pulsuz alır. 21 gündən bir qan analizi, ildə bir dəfə MRT (maqnit rezonan terapiya) digər onkoloji xəstələr kimi ona da pulsuzdur. Amma xəstə əməliyyatı üçün iki min manatdan çox pul xərclədiyini bildirir. Deyir ki, hər dəfə kimya terapiya aldıqda həkim dərman preparatları təyin edir ki, ona da 50 manata qədər pul xərcləyir:"Bu dəfə kimya terapiya aldıqdan sonra həkim "lastet" adlı dərman preparatı yazıb. Onun isə qiyməti 180 manatdır. Mənə isə 1-ci qrup əlillik vermirlər ki, bunun üçün yataq xəstəsi olmalısan. Yataq xəstəsi olmaq isə o deməkdir ki, mən kimya terapiya almayım. Kimya terapiyasız isə yaşamaq mümkün deyil".Onkoloji xəstəlikdən əziyyət çəkən G. Mahmudova ilə söhbət zamanı öyrəndik ki, müalicəsi üçün hər ay müəyyən qədər vəsait xərcləməli olur. Buna isə onun aldığı müavinət bəs etmir. Hətta G. Məmmədova ona 3-cü qrup əlillik təyin edilərsə alacağı müavinətin onun dərman xərclərinə çatmayacağını bildirir."Onkoloji xəstələrin müalicəsi çox xərc aparır"Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Kamilə Əliyeva da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onkoloji xəstələr üçün bir sıra vacib tibbi xidmətlərin icbari tibbi sığorta zərfinə salınması yaxşı təklifdir. Hazırda icbari tibbi sığorta tam təkmilləşməsə belə insanlar tibbi sığorta zərfi çərçivəsində göstərilən tibbi xidmətlərdən razıdırlar. Bu isə tədricən bir sıra tibbi xidmətlərin icbari tibbi sığorta zərfinə salınmasını vacib edir.Onkoloji xəstəliklərin sayının artması bu xəstəliyin erkən aşkarlanmasına, müalicəsinə diqqətin artırılmasını zəruri edir. Həmsöhbətimiz deyir ki, onkoloji xəstələrin müalicəsi çox xərc aparır. Hər xəstə isə bu xərci öz hesabına qarşılaya bilmir."Ona görə də, Əhliman müəllim onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta zərfinə salınmasını təklif etdi. Əhliman müəllim özü onkoloq olduğundan, bu xəstəliyin müalicəsinin böyük xərc apardığı barədə məlumatlıdır. Biz demirik ki, onkoloji xəstəliklə bağlı bütün tibbi xidmətlər birdən-birə icbari tibbi sığorta zərfinə salınsın. Müəyyən bir hissə, ən vacib prosedurların icbari tibbi sığorta zərfinə salınması yaxşı olardı. Bu həmin xəstələrin məmnun olmasına da gətirib çıxardacaq", - K.Əliyeva deyib.Ümid gələn ilə qalıbDeputat bu istiqamətdə müvafiq danışıqların aparıldığını, gələn ilin yanvar ayından bununla bağlı müəyyən müsbət nəticələrin olacağını söylədi.Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlar icraçı qurumdur. Onkoloji xəstələrin müalicəsi üçün nə qərar verilərsə, onlar icra etməyə hazırdır.Onkoloji xəstələr üçün hansı xidmətlərin pullu, hansıların pulsuz olmasına gəlincə, A.Kərimi bildirib ki, proqramda nə nəzərdə tutulubsa, həmin tibbi xidmətlərdən onkoloji xəstələr yararlanır: "Kimya terapiya xəstə üçündür. Burada onkoloji xəstələr üçün nə varsa hamısı onlar üçündür, xəstələrin xidmətindədir".Azərbaycanda onkoloji xəstələrin sayıMəlumat üçün bildirək ki, hazırda Azərbaycanda 58 024 onkoloji xəstə qeydiyyatdadır. ÜST-nın məlumatına görə 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə (Azərbaycan orta gəlirli ölkələrə aid edilir) baş verəcəkdir.Onkoloji xəstələrin müalicəsinə nə qədər pul xərclənir?Qeyd edək ki, ötən il Azərbaycan Respublikasında onkoloji xəstəliklər üzrə tədbirlərinin maliyyə təminatı tədbirləri çərçivəsində 48,3 milyon manat vəsait xərclənib. 2021-ci il ərzində qeydiyyatda olan onkoloji xəstələrə göstərilən şüaterapiya xidmətlərinin sayı 7807, Nüvə təbabəti şöbəsi, Radionuklid terapiya şöbəsində 2021-ci il ərzində göstərilən xidmətlərin sayı 3220 (PET-KT müayinəsi, onkoloji və kardioloji xəstəliklərin erkən diaqnostikasında bütün bədən hüceyrələrini 20 dəqiqəlik qısa bir zaman ərzində molekulyar səviyyədə yoxlayaraq müvafiq xəstəliklərə diaqnoz qoyulması və s.) olub. 2021-ci ildə Milli Onkologiya Mərkəzinə 163519 pasiyent müraciət edib. Bu məlumat "2021-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər"də yer alıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42308/98/423089845_547:0:3278:2048_1920x0_80_0_0_f8aeab2ca331f4bfccb3934f9eb26a6a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
onkoloji xəstəlik
Azərbaycanda onkoloji xəstələr pulsuz müalicə olunacaq? Deputat və həkimlər buna inanırlar
Ötən il Milli Onkologiya Mərkəzinə 163519 pasiyent müraciət edib. Baş həkim deyib ki, proqramda nə nəzərdə tutulubsa, onkoloji xəstələr həmin tibbi xidmətlərdən pulsuz yararlanıb.
BAKI, 12 iyun — Sputnik. Milli Məclisin iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta paketinə daxil olunmasını təklif edib. Komitə sədri bildirib ki, onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta zərfinə daxil edilməlidir.
Onkoloji xəstələrin müalicəsi pulsuzdur, amma...
Qeyd edək ki, "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı" qəbul edildikdən sonra onkoloji xəstələrə bir sıra dərman preparatları pulsuz verilir. Bu proqram çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə həyatı vacib və digər dərman preparatlarının siyahısında 229 dərman və dərman preparatı daxildir. Hətta "Onkoloji yardım haqqında" qanunun 4-cü maddəsinin 4.3 bəndində qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımı dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
Bununla belə tez-tez onkoloji xəstəlikdən əziyyət çəkən xəstələrin müalicəsi zamanı əlavə xərclərinin çıxdığı barədə fikrilər səslənir. Bu baxımdan onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi fikri dəstəklənir.
"Bəzi dərmanları özümüz alırıq"
Üç ildən çoxdur ki, onkoloji xəstəlikdən əziyyət çəkən Gülüs Mahmudova Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, xəstəliyi ilə əlaqədar müalicəsi dövlət hesablna aparılsa da, bəzi dərman preparatlarını özü almalı olur. Onun sözlərinə görə, polikilinikadan həkimin yazdığı ağrıkəsicilərini pulsuz alır. 21 gündən bir qan analizi, ildə bir dəfə MRT (maqnit rezonan terapiya) digər onkoloji xəstələr kimi ona da pulsuzdur. Amma xəstə əməliyyatı üçün iki min manatdan çox pul xərclədiyini bildirir. Deyir ki, hər dəfə kimya terapiya aldıqda həkim dərman preparatları təyin edir ki, ona da 50 manata qədər pul xərcləyir:
"Bu dəfə kimya terapiya aldıqdan sonra həkim "lastet" adlı dərman preparatı yazıb. Onun isə qiyməti 180 manatdır. Mənə isə 1-ci qrup əlillik vermirlər ki, bunun üçün yataq xəstəsi olmalısan. Yataq xəstəsi olmaq isə o deməkdir ki, mən kimya terapiya almayım. Kimya terapiyasız isə yaşamaq mümkün deyil".
Onkoloji xəstəlikdən əziyyət çəkən G. Mahmudova ilə söhbət zamanı öyrəndik ki, müalicəsi üçün hər ay müəyyən qədər vəsait xərcləməli olur. Buna isə onun aldığı müavinət bəs etmir. Hətta G. Məmmədova ona 3-cü qrup əlillik təyin edilərsə alacağı müavinətin onun dərman xərclərinə çatmayacağını bildirir.
"Onkoloji xəstələrin müalicəsi çox xərc aparır"
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Kamilə Əliyeva da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onkoloji xəstələr üçün bir sıra vacib tibbi xidmətlərin icbari tibbi sığorta zərfinə salınması yaxşı təklifdir. Hazırda icbari tibbi sığorta tam təkmilləşməsə belə insanlar tibbi sığorta zərfi çərçivəsində göstərilən tibbi xidmətlərdən razıdırlar. Bu isə tədricən bir sıra tibbi xidmətlərin icbari tibbi sığorta zərfinə salınmasını vacib edir.
Onkoloji xəstəliklərin sayının artması bu xəstəliyin erkən aşkarlanmasına, müalicəsinə diqqətin artırılmasını zəruri edir. Həmsöhbətimiz deyir ki, onkoloji xəstələrin müalicəsi çox xərc aparır. Hər xəstə isə bu xərci öz hesabına qarşılaya bilmir.
"Ona görə də, Əhliman müəllim onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta zərfinə salınmasını təklif etdi. Əhliman müəllim özü onkoloq olduğundan, bu xəstəliyin müalicəsinin böyük xərc apardığı barədə məlumatlıdır. Biz demirik ki, onkoloji xəstəliklə bağlı bütün tibbi xidmətlər birdən-birə icbari tibbi sığorta zərfinə salınsın. Müəyyən bir hissə, ən vacib prosedurların icbari tibbi sığorta zərfinə salınması yaxşı olardı. Bu həmin xəstələrin məmnun olmasına da gətirib çıxardacaq", - K.Əliyeva deyib.
Deputat bu istiqamətdə müvafiq danışıqların aparıldığını, gələn ilin yanvar ayından bununla bağlı müəyyən müsbət nəticələrin olacağını söylədi.
Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlar icraçı qurumdur. Onkoloji xəstələrin müalicəsi üçün nə qərar verilərsə, onlar icra etməyə hazırdır.
Onkoloji xəstələr üçün hansı xidmətlərin pullu, hansıların pulsuz olmasına gəlincə, A.Kərimi bildirib ki, proqramda nə nəzərdə tutulubsa, həmin tibbi xidmətlərdən onkoloji xəstələr yararlanır: "Kimya terapiya xəstə üçündür. Burada onkoloji xəstələr üçün nə varsa hamısı onlar üçündür, xəstələrin xidmətindədir".
Azərbaycanda onkoloji xəstələrin sayı
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 58 024 onkoloji xəstə qeydiyyatdadır. ÜST-nın məlumatına görə 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə (Azərbaycan orta gəlirli ölkələrə aid edilir) baş verəcəkdir.
Onkoloji xəstələrin müalicəsinə nə qədər pul xərclənir?
Qeyd edək ki, ötən il Azərbaycan Respublikasında onkoloji xəstəliklər üzrə tədbirlərinin maliyyə təminatı tədbirləri çərçivəsində 48,3 milyon manat vəsait xərclənib. 2021-ci il ərzində qeydiyyatda olan onkoloji xəstələrə göstərilən şüaterapiya xidmətlərinin sayı 7807, Nüvə təbabəti şöbəsi, Radionuklid terapiya şöbəsində 2021-ci il ərzində göstərilən xidmətlərin sayı 3220 (PET-KT müayinəsi, onkoloji və kardioloji xəstəliklərin erkən diaqnostikasında bütün bədən hüceyrələrini 20 dəqiqəlik qısa bir zaman ərzində molekulyar səviyyədə yoxlayaraq müvafiq xəstəliklərə diaqnoz qoyulması və s.) olub.
2021-ci ildə Milli Onkologiya Mərkəzinə 163519 pasiyent müraciət edib. Bu məlumat "2021-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər"də yer alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.