CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan TRACECA-dan nə qədər gəlir əldə edib?

© Depositphotos.com / Gorodenkoff Yük maşını
Yük maşını - Sputnik Azərbaycan, 1920, 12.06.2022
Abunə olmaq
Bu ilin hesabat dövründə dəhlizin Azərbaycan sahəsi üzrə yükdaşımalardan 147,119 milyon manatdan çox, sərnişindaşımalardan isə 9,663 milyon manata yaxın gəlir əldə edilib ki, bu da ötən ilin göstəricisindən müvafiq olaraq 5,8% və 26,8% faiz çoxdur.
BAKI, 12 iyun - Sputnik. Bakının "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi"nin (TRACECA) Azərbaycan sahəsi üzrə sərnişin daşınmasından əldə etdiyi gəlir birinci rübdə təqribən 30% artıb.
Bu ilin yanvar-mart aylarında Azərbaycan öz sahəsində TRACECA nəqliyyat dəhlizi ilə yük və sərnişin daşınmasından 156,719 milyon manata yaxın gəlir əldə edib ki, bu da bir il əvvəlkindən 6,9% çoxdur. Bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Ötən ilin birinci rübündə bu rəqəm 146,728 milyon manatdan bir qədər az olub.
2022-ci ilin hesabat dövründə dəhlizin Azərbaycan sahəsi üzrə yükdaşımalardan 147,119 milyon manatdan çox, sərnişindaşımalardan isə 9,663 milyon manata yaxın gəlir əldə edilib ki, bu da ötən ilin göstəricisindən müvafiq olaraq 5,8% və 26,8% faiz çoxdur.
TRACECA-nın Azərbaycan seqmenti üzrə daşınan yüklərin həcmi 10,858 milyon tonu, sərnişin daşınması isə 23,411 milyon nəfəri ötüb. Bu göstəricilər 2021-ci ilin eyni hesabat dövrü ilə müqayisədə müvafiq olaraq 6,7% və 28,6% artıb.
Ötən il Azərbaycan dəhlizi vasitəsilə yük və sərnişin daşınmasından 573,797 milyon manat gəlir əldə edib ki, bu da bir il əvvəlkindən 0,9% azdır.
2021-ci ildə nəqliyyat dəhlizinin Azərbaycan sahəsi üzrə yük daşınmasından 539,843 milyon manat, sərnişin daşınmasından idə 33,954 milyon manat gəlir əldə edilib ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 45,2% çox və 48,4% azdır.
TRACECA Beynəlxalq Nəqliyyat Dəhlizi region ölkələrinin nəqliyyat sisteminin multimodal kompleksidir və onun inkişafı haqqında saziş 1998-ci ilin sentyabrında Bakıda imzalanıb.
Marşrut Şərqi Avropa ölkələrindən başlayır və Türkiyə ərazisindən keçir. Daha sonra marşrut Qara dəniz vasitəsilə Gürcüstanın Poti və Batumi limanlarına gedir, daha sonra Cənubi Qafqaz ölkələrinin və İranın yerüstü nəqliyyat şəbəkəsinə qoşulur və Türkiyənin bu bölgə ilə yerüstü əlaqəsindən istifadə edir.
Azərbaycandan bərə keçidləri vasitəsilə marşrut Mərkəzi Asiyanın (Türkmənistan və Qazaxıstan) dəmir yolu şəbəkələrinə daxil olur. Özbəkistan, Qırğızıstan, Tacikistanın malik olduğu həmin dəmiryolu şəbəkəsi isə Çin və Əfqanıstan sərhədlərinə çıxar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0