DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaponiyadan Rusiyaya şok qadağa

© Sputnik / Виталий Аньков / Mediabanka keçidVladivostokda limanda yük maşını, arxiv şəkli
Vladivostokda limanda yük maşını, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.06.2022
Abunə olmaq
İxracına qadağa qoyulan mal və texnologiyaların siyahısına 300-dən çox adda məhsul daxildir.
BAKI, 11 iyun — Sputnik. Yaponiya yeni sanksiyalar paketi çərçivəsində iyunun 17-dən etibarən Rusiyaya yük avtomobillərinin, özüboşaldan avtomobillərin və buldozerlərin ixracını qadağan edəcək. Bu barədə Tokioda keçirilən mətbuat konfransında iqtisadiyyat, ticarət və sənaye naziri Koiti Haqiuda məlumat verib.
"Nazirlər Kabinetinin 7 iyun tarixli sənaye infrastrukturunun gücləndirilməsinə töhfə verən məhsulların Rusiyaya ixracına qadağa qoyulması ilə bağlı qərarı ilə əlaqədar iyunun 17-dən yük avtomobilləri, özüboşaldan avtomobillər, buldozerlər və digər texnikanın ixracına qadağa tətbiq olunacaq", - deyə Haqiuda bildirib.
Agentliyin saytında dərc olunan sənədə görə, Rusiyaya ixracı qadağan edilən məhsulların siyahısına bəzi ağac növləri, o cümlədən dekorativ örtük, dəzgahlar üçün komponentlər və ehtiyat hissələri, polad çənlər, buxar və qaz generatorları da daxildir. Bundan əlavə, siyahıya nasoslar, turbinlər, çoxfunksiyalı printerlər, dəzgahlar, ölçü və sınaq alətləri, sənaye robotları və s. daxildir.
Yaponiya bu yaxınlarda Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir sıra məhdudiyyətlər paketi qəbul edib. Sanksiya siyahılarına artıq 700-dən çox Rusiya, Belarus, "LXR" və "DXR" vətəndaşları, habelə 200-dən çox Rusiya şirkəti və təşkilatı daxildir. Bundan əlavə, Yaponiya "Otkritie" Bankının, Novikombankın, Sovkombankın, VTB-nin, "Rossiya" Bankının, Promsvyazbankın, "VEB.RF"nin, Sberbankın və Alfa-Bankın aktivlərini dondurub.
İxracına qadağa qoyulan mal və texnologiyaların siyahısına 300-dən çox adda, o cümlədən yarımkeçiricilər, dəniz və aviasiya təhlükəsizliyini təmin etmək üçün avadanlıqlar, telekommunikasiya avadanlıqları, rabitə vasitələri, hərbi təyinatlı məhsullar, o cümlədən silahlar, proqram təminatı, neft emalı avadanlığı daxildir. Bundan başqa, Rusiyaya dəbdəbəli malların, o cümlədən dəyəri 6 milyon yendən (təxminən 49 min dollar) çox olan avtomobillərin tədarükünə qadağa qoyulub.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Xəbər lenti
0