Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Sonuncu" filmi Rusiyada mükafat qazandı

© Photo : Azerbaijanfilm State Cinema Studio"Sonuncu" filminin çəkilişləri, arxiv şəkli
Sonuncu filminin çəkilişləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.06.2022
Abunə olmaq
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur.
Bakı, 11 iyun — Sputnik. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş azərbaycanlı rejissor Fariz Əhmədovun “Sonuncu” adlı sənədli filmi Rusiyanın Çeboksarı şəhərində keçirilən 15-ci Beynəlxalq Kino Festivalında qısametrajlı filmlər üzrə müsabiqədə baş mükafata layiq görülüb.
Müsabiqənin tammetrajlı filmlər üzrə münsiflər heyətinə tanınmış kinoşünas, rejissor, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin katibi Ayaz Salayev sədrlik edib.
Mükafata layiq görülmüş bu ekran əsəri festifvalda yüksək səviyyədə qarşılanıb. Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin quruluşçu operatoru polşalı kinematoqrafçı Mateuş Çuxnovskidir.
Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.
Qeyd edək ki, “Sonuncu” ötən il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühüm film festivallarında iştirak edib.
Eyni zamanda, Bosniya və Herseqovinada keçirilən 15-ci “Jahorina Film Festivalı”nda “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın), Polşada həyata keçirilən “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bronze Castle” (Bürünc Qəsr), 5-ci “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalında “Ən yaxşı yerli sənədli film” nominasiyaları üzrə mükafatlara layiq görülüb. Bununla yanaşı, Polşanın Torun şəhərində keçirilən 29-cu “EnergaCAMERIMAGE” Beynəlxalq Film Festivalının sənədli filmlər üzrə əsas müsabiqə bölməsində iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0