https://sputnik.az/20220611/muharibesi-istirakcilarinin-muavinetleri-orta-hesabla-60-faiz-artirilib---dsmf-sedri-442809457.html
Müharibəsi iştirakçılarının müavinətləri orta hesabla 60 faiz artırılıb - DSMF sədri
Müharibəsi iştirakçılarının müavinətləri orta hesabla 60 faiz artırılıb - DSMF sədri
Sputnik Azərbaycan
Himalay Məmişov postmüharibə dövründə şəhid ailələri və qazilərin sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərdən danışıb. 11.06.2022, Sputnik Azərbaycan
2022-06-11T13:23+0400
2022-06-11T13:23+0400
2022-06-11T14:11+0400
manat
cəmiyyət
şəhid ailələri
veteran
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425925793_0:288:1000:851_1920x0_80_0_0_2ad6a8737f1ba65c020fd9cd675548be.jpg
Bakı, 11 iyun — Sputnik. 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinin, müharibədə yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərin sosial ödənişlərlə təminatı istiqamətində müharibədən sonra elə ilk günlərdən müvafiq işlərə başlanıb. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələri və qazilərin sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair keçirdiyi mətbuat konfransında bildirib.Dövlət Sosial Müdafiə Fondunun sədri bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında nazirlik tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların sosial ödənişlərlə təminatı da əsas fəaliyyət istiqamətlərindən biridir. Müharibədən sonra bununla bağlı xüsusi işçi qrup yaradılıb, şəhidlərin ailələri ziyarət edilib, onlara sosial təminat hüquqlarına dair məlumatlar verilib.Onun sözlərinə görə, şəhid ailələrinin üzvlərinə, Vətən müharibəsində yaralanmış və müalicə bitdikdən sonra əlillik təyin edilmiş hərbi qulluqçulara onların müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunub."“Müharibə veteranı” adı verilmiş şəxslərə də 2022-ci ilin əvvəlindən Prezidentin aylıq təqaüdünün təyinatı prosesi proaktiv qaydada həyata keçirilərək yekunlaşdırılıb. Beləliklə, postmüharibə dövründə şəhid ailələrinin üzvləri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb. 2021-ci ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60 faiz artırılıb. Postmüharibə dövründə Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü, Vətən müharibəsinin veteranlarına Prezidentin aylıq təqaüdü təsis olunub".H.Məmişov son 4 ildə köklü sosial islahatlar çərçivəsində şəhid ailələri və müharibə əlillərinin sosial ödənişlərində də ciddi artımlar olduğunu vurğulayıb, jurnalistlərin suallarını cavablandırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425925793_0:101:1000:851_1920x0_80_0_0_efebd5ed8438d94df70b6fce22abc3f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, şəhid ailələri, veteran
manat, şəhid ailələri, veteran
Müharibəsi iştirakçılarının müavinətləri orta hesabla 60 faiz artırılıb - DSMF sədri
13:23 11.06.2022 (Yenilənib: 14:11 11.06.2022) Himalay Məmişov postmüharibə dövründə şəhid ailələri və qazilərin sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərdən danışıb.
Bakı, 11 iyun — Sputnik. 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinin, müharibədə yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərin sosial ödənişlərlə təminatı istiqamətində müharibədən sonra elə ilk günlərdən müvafiq işlərə başlanıb. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələri və qazilərin sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair keçirdiyi mətbuat konfransında bildirib.
Dövlət Sosial Müdafiə Fondunun sədri bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında nazirlik tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların sosial ödənişlərlə təminatı da əsas fəaliyyət istiqamətlərindən biridir. Müharibədən sonra bununla bağlı xüsusi işçi qrup yaradılıb, şəhidlərin ailələri ziyarət edilib, onlara sosial təminat hüquqlarına dair məlumatlar verilib.
Onun sözlərinə görə, şəhid ailələrinin üzvlərinə, Vətən müharibəsində yaralanmış və müalicə bitdikdən sonra əlillik təyin edilmiş hərbi qulluqçulara onların müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunub.
"“Müharibə veteranı” adı verilmiş şəxslərə də 2022-ci ilin əvvəlindən Prezidentin aylıq təqaüdünün təyinatı prosesi proaktiv qaydada həyata keçirilərək yekunlaşdırılıb. Beləliklə, postmüharibə dövründə şəhid ailələrinin üzvləri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb. 2021-ci ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60 faiz artırılıb. Postmüharibə dövründə Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü, Vətən müharibəsinin veteranlarına Prezidentin aylıq təqaüdü təsis olunub".
H.Məmişov son 4 ildə köklü sosial islahatlar çərçivəsində şəhid ailələri və müharibə əlillərinin sosial ödənişlərində də ciddi artımlar olduğunu vurğulayıb, jurnalistlərin suallarını cavablandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.