https://sputnik.az/20220611/guclu-yagis-goranboyda-fesadlar-toredib-442816125.html
Güclü yağış Goranboyda fəsadlar törədib
Güclü yağış Goranboyda fəsadlar törədib
Sputnik Azərbaycan
Rayonun ucqar dağ kəndlərində bir neçə istirahət mərkəzinə və avtomobillərə ziyan dəyib. 11.06.2022, Sputnik Azərbaycan
2022-06-11T18:35+0400
2022-06-11T18:35+0400
2022-06-11T18:35+0400
goranboy
cəmiyyət
yağış
leysan
ziyan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0b/442815822_100:0:900:450_1920x0_80_0_0_f0040a27855c4413df804934d3abed35.jpg
BAKI, 11 iyun — Sputnik. İsti havaların ardından qərb bölgəsində yağan leysan yağış Goranboyun dağ kəndlərində ciddi fəsad törədib. Sputnik Azərbaycan xəbər verir ki, ötən gün yağan güclü yağış nəticəsində Ballıqaya, Aşağı Ağcakənd yaşayış məntəqlərində bir neçə istirahət məkanı sel sularının, lil və palçıq qatının altında qalıb.Ərazidən keçə Qaraçayda sululuq artığından ətrafdakı obyektlər zərər görüb. Yağışın yaratdığı sel suları bir neçə avtomobillərə də ziyan vurub.Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən istirahət məkanlarının həyətində lil-palçıq qatının hündürlüyü yarım metrdən artıq olub.Güclü yağışdan sonra Goranboyun ucqar dağ kəndlərinə gedən yollarda da çətinliklər yaranıb.Aidiyyatı qurumlar tərəfindən əraziyə ağır texnika cəlb edilərək yaranmış çətinliyin aradan qaldırılması üçün iş aparılıb.Hazırda bölgədə mülayim hava şəariti müşahidə edilməkdədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0b/442815822_200:0:800:450_1920x0_80_0_0_f997a757561f913b98ef6d03ce7b3bd9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
goranboy, yağış, leysan, ziyan
goranboy, yağış, leysan, ziyan
Güclü yağış Goranboyda fəsadlar törədib
Rayonun ucqar dağ kəndlərində bir neçə istirahət mərkəzinə və avtomobillərə ziyan dəyib.
BAKI, 11 iyun — Sputnik. İsti havaların ardından qərb bölgəsində yağan leysan yağış Goranboyun dağ kəndlərində ciddi fəsad törədib. Sputnik Azərbaycan xəbər verir ki, ötən gün yağan güclü yağış nəticəsində Ballıqaya, Aşağı Ağcakənd yaşayış məntəqlərində bir neçə istirahət məkanı sel sularının, lil və palçıq qatının altında qalıb.
Ərazidən keçə Qaraçayda sululuq artığından ətrafdakı obyektlər zərər görüb. Yağışın yaratdığı sel suları bir neçə avtomobillərə də ziyan vurub.
Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən istirahət məkanlarının həyətində lil-palçıq qatının hündürlüyü yarım metrdən artıq olub.
Güclü yağışdan sonra Goranboyun ucqar dağ kəndlərinə gedən yollarda da çətinliklər yaranıb.
Aidiyyatı qurumlar tərəfindən əraziyə ağır texnika cəlb edilərək yaranmış çətinliyin aradan qaldırılması üçün iş aparılıb.
Hazırda bölgədə mülayim hava şəariti müşahidə edilməkdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.