Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

"Dresscode"lar universitetin reytiniqini qaldıracaqmı?

Tələbə - Sputnik Azərbaycan, 1920, 11.06.2022
Abunə olmaq
Siyahıda 6960-cı yerdə olan universitetdəki qadağalar birmənalı qarşılanmır.
BAKI, 11 iyun — Sputnik. "Universitetlərin kitabxanalarına şort (qısa şalvar), mayka ilə daxil olmaq, yeməkxanalara isə qida ilə bağlı müəyyən qadağaların qoyulmasının səbəbi odur ki, həmin təhsil müəssisələri dünya üzrə ilk 100-lüyə düşməyin yeganə yolunu tələbələrin şortik geyiməməsində görür". Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
© Sputnik / Murad OrujovKamran Əsədov
Kamran Əsədov - Sputnik Azərbaycan, 1920, 11.06.2022
Kamran Əsədov
Ekspertin sözlərinə görə, həmin universitetdə düşünürlər ki, reytinqi məhz tələbələrin şort geyinməsi aşağı salır:

"Təəssüflər olsun ki, bu məsələləri qabardan universitetlərin elmi kəşfləri, araşdırmaları, alimlərinin beynəlxalq jurnallara məqalə yazmaları ilə bağlı heç bir işi görə bilmirik".

O bildirib ki, dünyanın ən inkişaf etmiş ölkələrində tələbələr daha rahat və azaddır:
"Tələbələri sərbəst, azad olan təhsil müəssisələri var ki, onların reytinqləri kifayət qədər yaxşıdır. Düşünürəm ki, biz də şort və mayka ilə bağlı problem yaratmamalı, daha çox universitetlərin reytinqinin artırılmasında maraqlı olmalyıq, keyfiyyəti yüksəltmək üçün tədqiqatlar aparmalıyıq".
"Dresscode"lardan danışan təhsil eksperti bildirir ki, orta məktəblərdə geyim normaları var, lakin müstəqil şəxslər, yəni tələbələrin azadlıqlarının məhdudlaşdırılması düzgün deyil:

"Düzdür, ali təhsil müəssisələri daxili nizam-intizamı müəyyənləşdirərək öz geyim normalarını müəyyənləşdirə bilərlər. Amma düşünürəm ki, Azərbaycanda heç bir tələbə çimərlik geyimində universitetə getmir. Belə qərarlar digərlərinin hüquq və azadlıqlarını məhdudlaşdırmamalıdır".

CC BY-SA 2.0 / Sandor Somkuti / GenerationsŞort geyinmiş xanım, arxiv şəkli
Пожилой мужчина и молодая девушка, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.06.2022
Şort geyinmiş xanım, arxiv şəkli
Azərbaycandan fərqli olaraq digər universitetlər belə qərarlarla deyil, daha çox reytinq səviyyəsinə, aparılan elmi tədqiqatlara, təhsildə keyfiyyətə, adın brendləşməsinə görə rəqabətdədirlər:
"Məsələn, Harvard Universitetinin tədqiqatçılarının sayı 2080 nəfərdən ibarətdir. Universitetin 100-dən fərqli ünvanda mərkəzi var. Yetmişdən artıq kitabxanası olan universitetin 19 milyondan artıq kitabı var. Dünyanın digər aparıcı təhsil ocaqlarından biri olan Massaçusets universitetində isə tədqiqatçıların sayı 5 min 55-dir. Təhsil haqlarındna əldə olunan vəsait hesabına illik təxminən 675 milyon dollar vəsait tədqiqatlar üçün sərf edilir. Onların böyük əksəriyyətində belə "dresscode"lar yoxdur".
Qeyd edək ki, ötən gün universitetin kitabxanasına şort və mayka ilə daxil olmağın qadağan olması ilə bağlı elanı sosial şəbəkələrdə rezonansa səbəb olan Azərbaycan Tibb Universitetinin "Webometrics"də reytinqi 6 min 960-dır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0