https://sputnik.az/20220611/bes-ayda-azerbaycanin-neft-qaz-hasilati-ixraci---cedvel-442780517.html
Beş ayda Azərbaycanın neft-qaz hasilatı, ixracı - CƏDVƏL
Beş ayda Azərbaycanın neft-qaz hasilatı, ixracı - CƏDVƏL
Sputnik Azərbaycan
Azərbaycanın xaricə qaz satışı 27 faiz artıb. Türkiyəyə 3,6 milyard kubmetr, Avropaya 4,5 milyard kubmetr qaz satılıb 11.06.2022, Sputnik Azərbaycan
2022-06-11T08:24+0400
2022-06-11T08:24+0400
2022-06-11T08:24+0400
hasilat
neft-qaz
https://cdnn1.img.sputnik.az/img/07e6/03/03/439805176_0:0:3072:1728_1920x0_80_0_0_039d1790a2c11a8026639a75563db7ab.jpg
BAKI, 11 iyun — Sputnik. Bu ilin 5 ayında Azərbaycanda 13,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.Respublika üzrə neft hasilatının 8,8 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin (AÇG), 1,9 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.Neft ixracıHesabat dövründə 11,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bundan 10,7 milyon tona yaxın konsorsiumun, 696 min tonu isə SOCAR-ın payına düşür.Qaz hasilatı artıbCari ilin 5 ayı ərzində ölkədə 19,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 5,8 milyard kubmetri AÇG-dən, 10,6 milyard kubmetri "Şahdəniz"dən, 3,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,3 faiz, yəni 2,6 milyard kubmetr artımla qaz hasil edilib.Xaricə qaz satışı da artıbHesabat dövründə xaricə qaz satışı 9,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. Cari ilin yanvar-may aylarında Türkiyəyə 3,6 milyard kubmetr, Avropaya 4,5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb. Bu dövrdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sisteminə 45 milyon kubmetr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,4 milyard kubmetrə yaxın qaz nəql olunub.İndiyədək nə qədər neft və qaz hasil edilib?"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 iyun 2022-ci il tarixinədək 591,6 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 555,3 milyon ton neft, "Şahdəniz"dən isə 36,3 milyon ton kondensat çıxarılıb. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 2022-ci ilin 01 iyun tarixinədək 591 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.Yataqlar istismara veriləndən bu ilin 01 iyun tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 195,9 milyard kubmetrə yaxın, "Şahdəniz"dən isə 168 milyard kubmetrdən çox qaz hasil olunub. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın 116 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.Ölkədə neftin emalı 2022-ci ilin yanvar-may aylarında 2,3 milyon ton təşkil edib.
https://sputnik.az/20220610/neft-hefteni-ucuzlasma-ile-basa-vurur-442760710.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/03/439805176_341:0:3072:2048_1920x0_80_0_0_17d5fb40489b31e7f3a506416622690f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hasilat
Beş ayda Azərbaycanın neft-qaz hasilatı, ixracı - CƏDVƏL
Azərbaycanın xaricə qaz satışı 27 faiz artıb. Türkiyəyə 3,6 milyard kubmetr, Avropaya 4,5 milyard kubmetr qaz satılıb
BAKI, 11 iyun — Sputnik. Bu ilin 5 ayında Azərbaycanda 13,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Respublika üzrə neft hasilatının 8,8 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin (AÇG), 1,9 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.
Hesabat dövründə 11,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bundan 10,7 milyon tona yaxın konsorsiumun, 696 min tonu isə SOCAR-ın payına düşür.
Cari ilin 5 ayı ərzində ölkədə 19,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 5,8 milyard kubmetri AÇG-dən, 10,6 milyard kubmetri "Şahdəniz"dən, 3,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,3 faiz, yəni 2,6 milyard kubmetr artımla qaz hasil edilib.
Xaricə qaz satışı da artıb
Hesabat dövründə xaricə qaz satışı 9,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. Cari ilin yanvar-may aylarında Türkiyəyə 3,6 milyard kubmetr, Avropaya 4,5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb. Bu dövrdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sisteminə 45 milyon kubmetr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,4 milyard kubmetrə yaxın qaz nəql olunub.
İndiyədək nə qədər neft və qaz hasil edilib?
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 iyun 2022-ci il tarixinədək 591,6 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 555,3 milyon ton neft, "Şahdəniz"dən isə 36,3 milyon ton kondensat çıxarılıb. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 2022-ci ilin 01 iyun tarixinədək 591 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Yataqlar istismara veriləndən bu ilin 01 iyun tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 195,9 milyard kubmetrə yaxın, "Şahdəniz"dən isə 168 milyard kubmetrdən çox qaz hasil olunub. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın 116 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.
Ölkədə neftin emalı 2022-ci ilin yanvar-may aylarında 2,3 milyon ton təşkil edib.