https://sputnik.az/20220611/artiq-abs-a-koronavirus-testi-olmadan-getmek-olar-442809947.html
Artıq ABŞ-a koronavirus testi olmadan getmək olar
Artıq ABŞ-a koronavirus testi olmadan getmək olar
Sputnik Azərbaycan
Bazar günündən etibarən xaricdən hava yolu ilə ABŞ-a daxil olan səyahətçilər üçün COVID-19 testi tələbi ləğv ediləcək. 11.06.2022, Sputnik Azərbaycan
2022-06-11T15:49+0400
2022-06-11T15:49+0400
2022-06-11T15:49+0400
abş
dünya xəbərləri
covid-19
test
https://cdnn1.img.sputnik.az/img/42303/82/423038277_0:168:3043:1880_1920x0_80_0_0_abba401fc2e56a768b5d5892b82ad49a.jpg
BAKI, 11 iyun — Sputnik. Bayden administrasiyası pandemiyanın ən uzun sürən səyahət məhdudiyyətlərindən birinə son qoyub. Bazar günündən etibarən xaricdən hava yolu ilə ABŞ-a daxil olan səyahətçilər üçün COVID-19 testi tələbi ləğv ediləcək. Bu barədə AZƏRTAC xəbər verir. 2021-ci ilin əvvəlində Tramp administrasiyası tərəfindən qoyulan və daha sonra Bayden administrasiyası tərəfindən sərtləşdirilən qayda, ABŞ-a daxil olan səyahətçilərdən uçuşlardan bir gün əvvəl mənfi koronavirus testinin sübutunu göstərmələrini tələb edirdi.ABŞ-a quru sərhəd keçidləri vasitəsilə daxil olan səyahətçilər bu tələbdən azad idi.Aviaşirkətlər və səyahət sənayesindəki digər böyük şirkətlər, beynəlxalq səfərlərə olan tələbata zərər verdiyini əsas gətirərək, ABŞ administrasiyasını dəfələrlə bu qaydaya son qoymağa çağırırdılar. Səyahət sənayesi pandemiyadan ən çox zərər çəkən sektorlardan biri olub.“American Airlines” aviaşirkətinin prezidenti Robert Isom keçən həftə səyahət sənayesinin konfransında deyib ki, o, koronavirus testi tələbini müzakirə etmək üçün Vaşinqtonda siyasətçilərlə görüşüb və bu qaydanı “cəfəngiyyat” adlandırıb. Bu dəyişiklik bazar günü saat 12:01-də qüvvəyə minir.Xatırladaq ki, koronavirusu pandemiyası 2019-cu ilin dekabr ayının ortalarında, Çinin Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı.31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. 2020-ci ildən Azərbaycanla yanaşı, bütün dünya ölkələrində karantin elan olundu. Ölkələrarası quru və hava yolları bağlandı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42303/82/423038277_156:0:2887:2048_1920x0_80_0_0_15c2d505ae1f61b2cf3a788afbf7ed75.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, covid-19, test
Artıq ABŞ-a koronavirus testi olmadan getmək olar
Bazar günündən etibarən xaricdən hava yolu ilə ABŞ-a daxil olan səyahətçilər üçün COVID-19 testi tələbi ləğv ediləcək.
BAKI, 11 iyun — Sputnik. Bayden administrasiyası pandemiyanın ən uzun sürən səyahət məhdudiyyətlərindən birinə son qoyub. Bazar günündən etibarən xaricdən hava yolu ilə ABŞ-a daxil olan səyahətçilər üçün COVID-19 testi tələbi ləğv ediləcək. Bu barədə AZƏRTAC xəbər verir.
2021-ci ilin əvvəlində Tramp administrasiyası tərəfindən qoyulan və daha sonra Bayden administrasiyası tərəfindən sərtləşdirilən qayda, ABŞ-a daxil olan səyahətçilərdən uçuşlardan bir gün əvvəl mənfi koronavirus testinin sübutunu göstərmələrini tələb edirdi.
ABŞ-a quru sərhəd keçidləri vasitəsilə daxil olan səyahətçilər bu tələbdən azad idi.
Aviaşirkətlər və səyahət sənayesindəki digər böyük şirkətlər, beynəlxalq səfərlərə olan tələbata zərər verdiyini əsas gətirərək, ABŞ administrasiyasını dəfələrlə bu qaydaya son qoymağa çağırırdılar. Səyahət sənayesi pandemiyadan ən çox zərər çəkən sektorlardan biri olub.
“American Airlines” aviaşirkətinin prezidenti Robert Isom keçən həftə səyahət sənayesinin konfransında deyib ki, o, koronavirus testi tələbini müzakirə etmək üçün Vaşinqtonda siyasətçilərlə görüşüb və bu qaydanı “cəfəngiyyat” adlandırıb. Bu dəyişiklik bazar günü saat 12:01-də qüvvəyə minir.
Xatırladaq ki, koronavirusu pandemiyası 2019-cu ilin dekabr ayının ortalarında, Çinin Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı.
31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. 2020-ci ildən Azərbaycanla yanaşı, bütün dünya ölkələrində karantin elan olundu. Ölkələrarası quru və hava yolları bağlandı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.