Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yerevanda KTMT-nin iclası keçirilir

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidYerevana mənzərə, arxiv şəkli
Yerevana mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
İclasda beynəlxalq və regional təhlükəsizliyin vəziyyəti və onun təşkilata üzv dövlətlərin təhlükəsizliyinə təsiri müzakirə ediləcək.
BAKI, 10 iyun — Sputnik. Yerevanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilir, iclasda KTMT-nin baş katibi Stanislav Zas da iştirak edir. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Diplomatik departamentlərin rəhbərləri beynəlxalq və regional təhlükəsizliyin vəziyyətini və onun təşkilata üzv dövlətlərin təhlükəsizliyinə təsirini müzakirə edəcəklər.
Xarici İşlər Nazirləri Şurasının üzvlərinə təşkilatın müasir geosiyasi reallıqlarda böhrana reaksiya mexanizminin təkmilləşdirilməsi istiqamətində Katiblik və KTMT Birgə Qərargahı tərəfindən həyata keçirilən işlər barədə məlumat veriləcək.
İclasın yekununda KTMT ölkələrinin 2022-2024-cü illər üçün xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr planı imzalanacaq.
Xatırladaq ki, iyunun 6-da Yerevanda KTMT Parlament Assambleyası Şurasının iclası keçirilib.
Mayın 16-da Rusiya paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib.
Qurumun sammitində qəbul olunmuş birgə bəyanatda deyilib ki, Kollektiv Təhlükəsizlik Şurası beynəlxalq hüquq normalarını nəzərə almadan böhranlı vəziyyətlərə müdaxilə etmək üçün güc tətbiq etmək meyillərindən ciddi narahatdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Yerevanda etiraz aksiyası - Sputnik Azərbaycan, 1920, 06.06.2022
DÜNYA XƏBƏRLƏRİ
Yerevanda KTMT-nin daha bir iclası keçiriləcək
Xəbər lenti
0