DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yerevanda KTMT-nin daha bir iclası keçiriləcək

© AFP 2024Yerevanda etiraz aksiyası
Yerevanda etiraz aksiyası - Sputnik Azərbaycan, 1920, 06.06.2022
Abunə olmaq
İclas iştirakçıları KTMT-yə üzv dövlətlərin üzləşdiyi təhdid və çağırışların neytrallaşdırılması üzrə tədbirləri nəzərdən keçirəcəklər.
BAKI, 6 iyun — Sputnik. İyunun 17-də Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakçısı olan ölkələrin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
İclasa Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sədrlik edəcək. Komitənin dar və geniş tərkibdə iclasında qurumun məsuliyyət sahəsində vəziyyətin müzakirəsi planlaşdırılır.
İştirakçılar KTMT-yə üzv dövlətlərin üzləşdiyi təhdid və çağırışların neytrallaşdırılması üzrə tədbirləri nəzərdən keçirəcək, bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Görüşdən sonra Armen Qriqoryan və KTMT-nin baş katibi Stanislav Zas bəyanatla çıxış edəcəklər.
Xatırladaq ki, mayın 16-da Rusiya paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib.
Qurumun sammitində qəbul olunmuş birgə bəyanatda deyilib ki, Kollektiv Təhlükəsizlik Şurası beynəlxalq hüquq normalarını nəzərə almadan böhranlı vəziyyətlərə müdaxilə etmək üçün güc tətbiq etmək meyillərindən ciddi narahatdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0