https://sputnik.az/20220610/meyxanaciya-edilen-hediyye-cemiyyetin-qinaq-obyektine-cevrildi-442782268.html
Meyxanaçıya edilən hədiyyə cəmiyyətin qınaq obyektinə çevrildi
Meyxanaçıya edilən hədiyyə cəmiyyətin qınaq obyektinə çevrildi
Sputnik Azərbaycan
Ötən gün sosial şəbəkələrdə müğənni Aqşin Fatehə edilən 100 manatlıq əskinaslardan ibarət çələng hədiyyəsi sosial şəbəklərdə geniş müzakirələrə səbəb oldu 10.06.2022, Sputnik Azərbaycan
2022-06-10T23:08+0400
2022-06-10T23:08+0400
2022-06-11T08:23+0400
meyxana
cəmiyyət
hədiyyə
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0a/442782090_0:72:1169:731_1920x0_80_0_0_da49f0ae793c7ad604fe68c59a27772f.jpg
BAKI, 10 iyun — Sputnik. Ötən gün sosial şəbəkələrdə müğənni Aqşin Fatehə edilən 100 manatlıq əskinaslardan ibarət çələng hədiyyəsi ictimaiətin geniş müzakirəsinə səbəb olub. Sosial şəbəkə istifaçıları əksəriyyəti onun bu addımını qınaq obyektinə çevirdilər. Kimisi bunu görməmişlik kimi, kimisi də pul əskinasına olan rəftarı qınadı. Pul əskinasının bu formada hədiyyə etmək nə dərəcədə doğrudur? Buna görə cəza tətbiq oluna bilərmi?Məsələ ilə bağlı hüquqşünas Türkel Süleymanlı bildirdi ki, Azərbaycanın milli valyutasında dövlət atributları yer aldığına görə, onlarla rəftara da diqqət olunmalıdır. Onu cırmaq, yandırmaq və sair kimi kobud rəftar etmək yolverilməzdir. Bunu edən şəxs məsuliyyətə cəlb oluna bilər. Amma Aqşin Fatehə pullar hədiyyə şəkilində verilib. Buna görə müğənni məsuliyyətə cəlb oluna bilməz: "Hüquqi tərəfdən burada heç bir qanun pozuntusu yoxdur. Toylarda şabaş atmaq daha çobud rəftardır, nəinki pulu gül kimi hədiyyə etmək. Şabaş atırlar, pullar yerə tökülür, hər kəs də o pulu tapdalayır".Hüquqşünas müğənnini bu addımını qeyri-etik hesab edir: "İnsanlar var ki, aylarla işsizdirlər, çox az məvacibə işləyirlər. Bəlkə də Aqşin Fateh yanında qulluçu işləyən adamın illik qazancı qədər orada pul var. Çünki, hamımız bilirik ki, hansısa milyonçunun, varlı şəxslərin yanında işləyən insanlar çox az maaş alır. İnsanları qıcıqlandıran başqa məsələ isə hədiyyənin kişiyə verilmə tərzidir. Məsələn, adıçəkilən sənətçi meyxanaçıdır. Əliağa Vahidə, Ağasəlim Çildağa, Nizami Rəmziyə bu tipli hədiyyə göndərilsəydi, onlar bunu reklam etməyəəckdilər. Əksinə, bunu özlərinə təhqir hesab edəcəkdilər. Səhnədə hansısa sənətçiyə gül hədiyyə etmək başqa, bu başqa. Rəşid Behbudova da, Müslüm Maqomayevə də gül hədiyyə olunurdu. Amma onlara qadınlar səhnədə bağışlayırdılar".Qeyd edək ki, sözügedən foto bir müddət sonra sosial şəbəkələrdən silinib.* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0a/442782090_0:0:1169:877_1920x0_80_0_0_206ff8707df0a0b45b1bebab89e060a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
meyxana, hədiyyə
Meyxanaçıya edilən hədiyyə cəmiyyətin qınaq obyektinə çevrildi
23:08 10.06.2022 (Yenilənib: 08:23 11.06.2022) Ötən gün sosial şəbəkələrdə müğənni Aqşin Fatehə edilən 100 manatlıq əskinaslardan ibarət çələng hədiyyəsi sosial şəbəklərdə geniş müzakirələrə səbəb oldu
BAKI, 10 iyun — Sputnik. Ötən gün sosial şəbəkələrdə müğənni Aqşin Fatehə edilən 100 manatlıq əskinaslardan ibarət çələng hədiyyəsi ictimaiətin geniş müzakirəsinə səbəb olub. Sosial şəbəkə istifaçıları əksəriyyəti onun bu addımını qınaq obyektinə çevirdilər. Kimisi bunu görməmişlik kimi, kimisi də pul əskinasına olan rəftarı qınadı. Pul əskinasının bu formada hədiyyə etmək nə dərəcədə doğrudur? Buna görə cəza tətbiq oluna bilərmi?
Məsələ ilə bağlı hüquqşünas Türkel Süleymanlı bildirdi ki, Azərbaycanın milli valyutasında dövlət atributları yer aldığına görə, onlarla rəftara da diqqət olunmalıdır. Onu cırmaq, yandırmaq və sair kimi kobud rəftar etmək yolverilməzdir. Bunu edən şəxs məsuliyyətə cəlb oluna bilər. Amma Aqşin Fatehə pullar hədiyyə şəkilində verilib. Buna görə müğənni məsuliyyətə cəlb oluna bilməz: "Hüquqi tərəfdən burada heç bir qanun pozuntusu yoxdur. Toylarda şabaş atmaq daha çobud rəftardır, nəinki pulu gül kimi hədiyyə etmək. Şabaş atırlar, pullar yerə tökülür, hər kəs də o pulu tapdalayır".
Hüquqşünas müğənnini bu addımını qeyri-etik hesab edir: "İnsanlar var ki, aylarla işsizdirlər, çox az məvacibə işləyirlər. Bəlkə də Aqşin Fateh yanında qulluçu işləyən adamın illik qazancı qədər orada pul var. Çünki, hamımız bilirik ki, hansısa milyonçunun, varlı şəxslərin yanında işləyən insanlar çox az maaş alır. İnsanları qıcıqlandıran başqa məsələ isə hədiyyənin kişiyə verilmə tərzidir. Məsələn, adıçəkilən sənətçi meyxanaçıdır. Əliağa Vahidə, Ağasəlim Çildağa, Nizami Rəmziyə bu tipli hədiyyə göndərilsəydi, onlar bunu reklam etməyəəckdilər. Əksinə, bunu özlərinə təhqir hesab edəcəkdilər. Səhnədə hansısa sənətçiyə gül hədiyyə etmək başqa, bu başqa. Rəşid Behbudova da, Müslüm Maqomayevə də gül hədiyyə olunurdu. Amma onlara qadınlar səhnədə bağışlayırdılar".
Qeyd edək ki, sözügedən foto bir müddət sonra sosial şəbəkələrdən silinib.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.