Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bank dünya çempionatı ilə bağlı pul nişanlarını tədavülə buraxır

© AFP 2023 / KARIM JAAFARDÇ-2022 kuboku və rəsmi topu, arxiv şəkli
DÇ-2022 kuboku və rəsmi topu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına həsr olunmuş xatirə pul nişanları qızıl və gümüşdən olacaq.
BAKI, 10 iyun — Sputnik. Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına həsr olunmuş qızıl və gümüş xatirə pul nişanlarının tədavülə buraxılmasını elan edir.
Müvafiq pul nişanlarının satışı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) rəsmi tərəfdaşı olan "MDM Münzhandelsgesellschaft MBH&CO KG Deutsche Münze" şirkəti (www.mdm.de) tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan Mərkəzi Bankı 22 ədəd xatirə pul nişanı satıb ki, bu da ötən ilin eyni dövrü müqayisədə 2,4 dəfə çoxdur. Bununla belə, 2 ay ərzində xatirə pul nişanlarının satışından əldə olunmuş gəlir 1 il əvvələ nisbətən 32,8% azalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0