Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fermer hər kiloqram yaş baramaya görə on bir manat alır

© Photo : Ministry of Agriculture (Azerbaijan)Bu günədək tədarük məntəqələrinə 157 ton yaş barama təhvil verilib
Bu günədək tədarük məntəqələrinə 157 ton yaş barama təhvil verilib - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
Ölkədə yaş barama tədarükü davam edir. Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır.
BAKI, 10 iyun — Sputnik. Azərbaycanda yaş barama tədarükü davam edir. İyunun 10-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 157 ton yaş barama təhvil verilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 48 ton 380 kiloqram yaş barama təhvil veriblər.
Məhsul tədarükünə görə, Ağcabədi (16 ton 963 kq), Balakən (14 ton 496 kq), Bərdə (9 ton 743 kq), Füzuli (9 ton 205 kq), Kürdəmir (6 ton 952 kq) rayonları öndə gedir.
Qeyd edək ki, yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan "Azərİpək" MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.
40 rayonda barama tədarükü aparılır
© Photo : Ministry of Agriculture (Azerbaijan)Bu günədək tədarük məntəqələrinə 157 ton yaş barama təhvil verilib
Bu günədək tədarük məntəqələrinə 157 ton yaş barama təhvil verilib - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Bu günədək tədarük məntəqələrinə 157 ton yaş barama təhvil verilib
Xatırladaq ki, bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 11 min 130 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır.
Bu il kümçülərə paylanan 11 min 130 qutu ipəkqurdu toxumunun 10 min qutusu Çindən gətirilib, 1130 qutu isə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal olunub. İpəkqurdu toxumlarının paylanmasına aprel ayının sonlarından start verilib, paylanma mərhələsi rayonların coğrafi şəraiti nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilib.
Kümxanalarda dezinfeksiya tədbirləri həyata keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən respublikanın baramaçılıqla məşğul olan təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirilib.
Kümxanalarda dezinfeksiya işləri zərərvericilərin (bakteriya və virusların) məhv edilməsi məqsədilə aparılıb. Ölkədə baramaçılığın inkişafı ilə əlaqədar olaraq aparılan bu tədbirlər məhsuldarlığın artmasına müsbət təsir göstərir.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Bu günədək tədarük məntəqələrinə 157 ton yaş barama təhvil verilib
Bu günədək tədarük məntəqələrinə 157 ton yaş barama təhvil verilib - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Bu günədək tədarük məntəqələrinə 157 ton yaş barama təhvil verilib
Zərərvericilərə qarşı tədbirlərin vaxtında yerinə yetirilməsi məhsul istehsalının artmasına müsbət təsir göstərir. Zərərvericilərlə sirayətlənmiş ipəkqurdu bəslənilən və saxlanılan kümxanalarda isə məhsulun çəkisi azalır və baramanın keyfiyyəti aşağı düşür.
Yaş barama istehsalı 6 min tona çatdırılacaq
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2017-ci il tarixli Sərəncamı ilə "Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0