Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bölgələrdəki inşaat bazarları "od tutub yanır"

© Sputnik / Rahim MammadovTikinti materiallarının satışı
Tikinti materiallarının satışı - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
Aran bölgəsində taxta, dəmir materiallarında qiymət artımı müşahidə edilir.
BAKI, 10 iyun — Sputnik. Paytaxtda yaşayan insanlar yay aylarında daha çox rayonlara üz tutub dincəlməyə çalışırlar. Bölgə sakinləri isə, isti yay günlərində tikinti, quruculuq işlərini sürətləndirirlər.
Geridə qoyduğumuz iki ildə pandemiya bu sahəyə də öz təsirini göstərib. Belə ki, bir çox rayon sakinləri xəyallarındakı evi, obyekti qurub yaratmaq üçün, növbəti yay fəsilini gözləməli olublar.
Yayın gəlişinə sayılı günlər qalsa da artıq Aran bölgəsində inşaat işləri sürətlənib. Tikinti bazarında qiymətləri öyrənmək üçün Yevlax rayonunda inşaat materialları satılan obyektlərdə alıcı və satıcıların fikirlərini öyrəndik.
© Sputnik / Rahim MammadovTikinti materiallarının satışı
Стройматериалы - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Tikinti materiallarının satışı
Yevlaxın Gülövşə kənd sakini Firdovsi Rəsulov həyətində təmir-tikinti işi aparmaq üçün inşaat bazarına üz tutub. Kənd sakini agentliyin müxbiri ilə söhbətində taxta və dəmir materiallarında qiymət artımı olduğunu bildirib:

“Uzun illərdir Yevlax rayonunun Gülövşə kəndində yaşıyıram. Havalar isinən kimi başlıyırıq təmir-tikinti işləri görməyə. Bizim kəndimizdə hazırda əksər həyətlərdə ustalar çalışır. Mən də gəlmişəm qapı-pəncərə üçün müəyyən hissələr, tor almağa. Bazarda istədiyimiz malları, materialları tapa bilirik, qıtlıq yoxdur. Amma taxtada, əsasən də döşəmə materiallarının qiymətində müəyyən artım var. Dəmir materialları da nisbətən bahalaşıb.”

© Sputnik / Rahim MammadovTikinti materiallarının satışı
Стройматериалы - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Tikinti materiallarının satışı
Bölgədə tikinti işləri aparmaq üçün taxta ilə yanaşı dəmir materiallara da tələbat yüksəkdir. Kimi çardaq, kimi dəmir hasar çəkmək üçün lazım olan materialları inşaat bazarında axtarır. Amma alıcılar ötən illərlə müqayisədə fərqli qiyməti, artımı hiss edir. Elə Yevlax sakini Vüsal İsmayılov da almaq istədikləri müxtəlif ölçülü boruların bahalaşdığını deyir:

“İsti iqlimi olan bölgədə yaşayırıq, həyətdimizdə ağaclar əksək də, gündən qorunmaq üçün çardaq da tikməli oluruq. Mən də evimin qarşısında böyük çardaq hazırlatmaq fikirindəyəm. Ona görə gəlmişəm material almağa, amma qiymətlərdə dəyişiklik hiss edilir. Müxtəlif ölçülü dəmir boruların hər metrində 50 qəpik - 1 manata qədər qiymət artımı var. İndi kəndlərdə həyətlərin ətrafına daş hasarlardan çox, dəmir hasar çəkilir. Bu variant daşa, quma nisbətən ucuz başa gəlirdi. Amma dəmirin də bahalaşması planlarımızı pozur. Yenə də işimizi yarımçıq qoymamaq üçün lazım olanları alıb aparırıq.”

© Sputnik / Rahim Mammadov

Tikinti materiallarının satışı

Tikinti materiallarının satışı - Sputnik Azərbaycan
1/4

Tikinti materiallarının satışı

© Sputnik / Rahim Mammadov

Tikinti materiallarının satışı

Tikinti materiallarının satışı - Sputnik Azərbaycan
2/4

Tikinti materiallarının satışı

© Sputnik / Rahim Mammadov

Tikinti materiallarının satışı

Tikinti materiallarının satışı - Sputnik Azərbaycan
3/4

Tikinti materiallarının satışı

© Sputnik / Rahim Mammadov

Tikinti materiallarının satışı

Tikinti materiallarının satışı - Sputnik Azərbaycan
4/4

Tikinti materiallarının satışı

1/4

Tikinti materiallarının satışı

2/4

Tikinti materiallarının satışı

3/4

Tikinti materiallarının satışı

4/4

Tikinti materiallarının satışı

İnşaat mallarının satışı ilə məşğul olanlar isə dəmir materiallarının növündən asılı olaraq hər metrinə görə, 20-30 qəpik artım olduğunu bildirdilər.
Taxtanın kub/metrlə satışında isə ötən aylarla müqayisədə enmə olduğu və hazırda 1 kub/metrin 450 deyil, müştərilərə 420 manata təklif olunduğunu deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0