Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Bakıda altıncı "Formula 1" yarışı başlanır

Abunə olmaq
"Formula 1" Azərbaycan Qran Prisi şəhəriçi traslar arasında ən sürətlisidir, onun ən uzun, döngəsiz hissəsində isə pilotlar 360 km/saata qədər sürət yığa bilərlər.
BAKI, 10 iyun — Sputnik. Azərbaycanın paytaxtı altıncı dəfə "Formula 1" yarışlarına, beşinci dəfə isə "kral yarışları"nın Azərbaycan Qran Prisinə ev sahibliyi edəcək. 2016-cı ildə Bakıda keçirilən ilk yarış Avropa Qran Prisi adlanıb, 2017-ci ildən etibarən isə bu yarış Azərbaycan Qran Prisi kimi adlandırılıb.
Bakıda keçirilən "Formula 1" yarışı Dünya Çempionatının təqvimində şəhəriçi yollar arasında ən sürətli yarış sayılır. Yolun döngəsiz olan ən uzun hissəsində isə (2,1 km) bolidlərin sürəti 360 km/saata çata bilər. Eyni zamanda, Azərbaycan Qran Prisi ənənəvi olaraq təqvimdə ən möhtəşəm yarışlardan birinə çevrilir və müxtəlif illərdə ən yaxşı dünya çempionatı kimi qeyd olunub.
2020-ci ildə koronavirus pandemiyası üzündən yarışların Bakı mərhələsi ləğv edilib, ötən il də eyni səbəbdən yarış həftəsi tamaşaçısız keçib. Bu il pandemiya başlanandan sonra ilk dəfə yarış tamaşaçıların iştirakı ilə keçiriləcək. Ən çox bilet ABŞ, Böyük Britaniya və Azərbaycan vətəndaşları tərəfindən alınıb.
Bakıda keçiriləcək yarışdan əvvəl ümumi sıralamanın lideri 125 xalı olan "Red Bull Racing" komandasının pilotu Maks Ferstappendir. "Ferrari" komandasının pilotu Şarl Lekler 116 xalla ikincidir. "Red Bull Racing" komandasın digər pilotu Serxio Peres isə 110 xalla ilk üçlüyü tamamlayır. Sonuncu Monakoda əvvəlki mərhələnin qalibi olub, həmçinin ötən il Azərbaycan Qran Prisini qazanıb.
İndiyə qədər "Kral yarışları"nın Bakı mərhələsinin qalibləri aşağıdakı pilotlar olublar: Niko Rosberq (2016-cı il, Mercedes), Daniel Rikkardo (2017-ci il, Red Bull), Lyuis Hemilton (2018-ci il, Mercedes), Valtteri Bottas (2019-cu il, Mercedes), Serxio Peres (2021-ci il, Red Bull).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0