Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda taxıl biçininə başlanılıb

© Photo : Ministry of Agriculture (Azerbaijan)Taxıl
Taxıl  - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
"Aqroservis" ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.
BAKI, 10 iyun — Sputnik. Azərbaycanda taxıl biçininə start verilib. Bu il ölkədə 1 milyon 019 min 934 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Əkin sahələrinin 606 min 338 hektarını buğda, 413 min 596 hektarını isə arpa sahələri təşkil edir. Hazırda Azərbaycanın 38 rayonunda arpa biçini aparılır.
Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. İyunun ikinci ongünlüyündə isə bu bölgələrdə buğda biçininə start veriləcək.
© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidTaxıl biçini, arxiv şəkli
Уборка пшеницы, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Taxıl biçini, arxiv şəkli
İyunun 9-na olan operativ məlumata görə, biçin prosesinə 986 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində "Aqroservis" ASC-nin yerli bölmələrinin 417, fiziki və hüquqi şəxslərin isə 569 kombaynı iştirak edir. "Aqroservis" ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.
Qeyd edək ki, "Aqroservis" ASC-nin kombaynları sahəsi ilkin mərhələdə 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilir.
Rayonların kombaynlara olan tələbatının əvvəldən müəyyən edilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun olaraq rayonlarda dislokasiya olunması, "Aqroservis" ASC tərəfindən sosial biçin siyasətinin həyata keçirilməsi (ilk növbədə 50 hektaradək sahələrdə biçin aparılacaq) ötən illərdə olduğu kimi bu il də biçin prosesində texnika ilə təminatda problem olmayacağını söyləməyə əsas verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0