Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Atabəylər dövrünə aid sikkələr bərpa olunub

© © AP Photo/Andreea Alexandru/MediafaxSikkə, arxiv şəkli
Sikkə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid eksponatların bərpası və konservasiyası muzeyin bərpa laboratoriyasında həyata keçirilir.
BAKI, 10 iyun — Sputnik. Azərbaycan Atabəylər dövrünə aid sikkələr bərpa olunub. Milli Azərbaycan Tarixi Muzeyindən verilən məlumata görə, ölkəmizin tarixinin müxtəlif dövrlərinə aid eksponatların bərpası və konservasiyası muzeyin bərpa laboratoriyasında həyata keçirilir.
Milli Azərbaycan Tarixi Muzeyinin numizmatik kolleksiyasına daxil olan tapıntılar arasında 1983-cü ildə Sabirabad rayonunda tapılmış sikkə dəfinəsi də yer alır. Təmir-bərpaya ehtiyacı olan, Azərbaycan atabəyləri və onların vassalları adından zərb edilən bu müxtəlif çəkili mis dirhəm və felslər muzeyin bərpa laboratoriyasına təhvil verilib. Eksponatların bərpası onların üzərində yazıların da daha aydın oxunması üçün şərait yaradıb.
Qeyd edək ki, materiallara ikinci həyat verən muzeyin bərpaçı-rəssamı Dinarə Ağayeva xüsusi mexaniki və kimyəvi təmizləyici maye vasitəsilə bir neçə mərhələdə sikkələri paxır və çirklərdən təmizləyib.
Məlumat üçün bildirək ki, Azərbaycan Atabəylər və ya Eldəgəzlər (Eldənizlər) dövləti 1136-1225-ci illərdə mövcud olub. Bu dövlətin ərazisi Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranı və Cibəli əhatə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0