CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AMEA alimlərin Şuşaya getmək adı ilə aldadılmasına münasibət bildirib

© Sputnik / Murad OrujovŞuşada qala divarları, arxiv şəkli
Şuşada qala divarları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
AMEA Şuşada keçirilən elmi konfransın onlarla əlaqəsinin olmadığını bildirib.
BAKI, 10 iyun — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası bir qrup alimin Şuşaya getmək adı ilə aldadılması məsələsinə münasibət bildirib.
AMEA-dan verilən xəbərə görə, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında haqqında danışılan Şuşa şəhərinə səfərin və onun təşkilatçılarının keçirdikləri elmi konfransın AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə, Akademiyanın Humanitar Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə heç bir əlaqəsi yoxdur. Qeyd edək ki, bir qrup alimə qarşı Şuşaya səfər təşkil etmək adı altında dələduzluq edildiyi iddia olunur. Bu barədə tarixçi alim Arif Gürşadoğlu özünün sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, Əlvan Cəfərov adlı şəxs Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alimi aldadıb:
"Konfransa qatılanların az olduğunu bilərək belə bir çirkin oyun qurulub. Bəlkə də Əlvan Cəfərovluq deyil, ancaq istənilən halda bu, çirkin oyundur. Sabah yola çıxacağımız ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alim bu gün Şuşaya gedib. Kim seçib, necə seçib, bu, başqa sualdır. Və bu sualların da cavabı aydınlaşacaq. Gedənlərin içində bir ailədən 4 nəfər, hətta alim olmayanlar da var. İndi də yazıb ki, heç kim ödənişini geri istəməsin! Hər adamdan 70 manat almaq və onu qaytarmamaq bu qədər asandırmı?"
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib ki, həmin faktla bağlı hazırda Yasamal rayon Polis İdarəsində araşdırma aparılır, zərərçəkənlərin idarəyə müraciət etməsi xahiş edilir.
Qeyd edək ki, bir müddət öncə Bakıda məktəb kollektivi Şuşaya səfər adı ilə aldadılmışdı. Şuşa şəhəri 1 saylı tam orta məktəbin müəllim heyətinə özünü "Şimşək Turizm" şirkətinin rəhbəri kimi təqdim edən Əlizamin Canızadə Şuşaya tur təşkil etdiyini bildirib. Səfərə getmək üçün isə 70 nəfər müraciət edib və hər biri ona 22 manat ödəyib.
Daha sonra Canızadə səfəri 30 may tarixinə təyin edib və səhər saatlarında başlayacağını deyərək, kollektivə həmin gün məktəbin qarşısına toplaşmağı tapşırıb. Amma 29 may tarixindən müəllimlər ona zəng etsələr də, o, telefona cavab verməyib.
Buna baxmayaraq, ümidlərini itirməyən 70 nəfər deyilən tarixdə, səhər saatlarında məktəbin qarşısında toplaşıb. Lakin təyin olunan saatda nə səfər üçün ayrılacağı vəd edilən avtobus, nə də həmin şəxs gəlib. Aldadıldıqlarını başa düşən məktəbin rəhbərliyi polisə müraciət edib.
Вид на город Шуша - Sputnik Azərbaycan, 1920, 09.06.2022
CƏMİYYƏT
Bir qrup alimə qarşı Şuşaya səfərlə bağlı dələduzluq
Xəbər lenti
0